Salyanda qarpız sahələrdə ÇÜRÜYÜR – “Məhsul 7 qəpiyə belə SATILMIR” – FOTO

Salyan rayonunun Qızılağac inzibati ərazi dairəsinə daxil olan kəndlərdə bu il qarpız əkinçilər üçün zərər mənbəyinə çevrilib. Havaların dəyişkən keçməsi və bazar qiymətlərinin kəskin enməsi səbəbindən fermerlərin məhsulu tarlada çürüyür. Topdansatış qiyməti 7 qəpiyə qədər düşüb, lakin bu qiymətə belə alıcı tapmaq mümkün deyil.

Əkinçi Elçin Həsənov Bizim.Media-ya deyir ki, 5 hektarlıq sahədən əldə etməyi planlaşdırdığı gəlir gözündə qalıb:

"Əvvəl 20–22 qəpikdən satırdıq, indi isə 7 qəpiyə belə alan yoxdur. Qarpız sahədə qalır, çürüyür, zərər böyükdür. Hər il bu vaxt bostan dolub-daşırdı, bu il alıcı da, ümid də yoxdur".

Oxşar vəziyyətlə qarşılaşan fermer Zakir Məmmədli isə məhsulu sadəcə xərcləri bir qədər yüngülləşdirmək üçün dəyər-dəyməzinə satmağa məcbur olduqlarını bildirir:

"Maşına yükləyib bazara aparmağa belə dəymir. 8-10 qəpik arasında təklif edirik, yenə alan yoxdur. Bir çoxumuz məhsulu tarlada qoyuruq, bəzən pulsuz paylayan da olur".

Əkin sahəsində çalışan Cavid Ələkbərov da vəziyyətdən gileylənib:

"Yazdan bəri əziyyət çəkirik, amma indi məhsulu yerindən tərpətmək mümkün deyil. Banka borcumuz var, məhsul isə satışsız qalır".

Satış çətinliyi təkcə kənddə deyil, rayon və paytaxt bazarlarında da hiss olunur. Qarpız satışı ilə məşğul olan Kamal Rəhimov deyir ki, bu il alıcılar az, məhsul isə çoxdur:

"Qarpızı 7 qəpikdən almışam, 15 qəpiyə sata bilmirəm. Alver dayanıb. Hər kəs gözləyir ki, qiymət daha da düşsün".

Qarpız böhranının daha bir səbəbi isə hava şəraitidir. Yayın əvvəllərində havaların kifayət qədər isti keçməməsi bu mövsümi məhsula olan tələbatı kəskin azaldıb. Çimərlik mövsümünün ləng başlaması və istirahət zonalarının boş qalması kənd məhsullarına olan marağı da aşağı salıb.

Rasim Məhərrəmov deyir ki, havalar çox qeyri-sabit keçir.

"Qarpıza tələb yayda olur, hava isti olmayanda, plyaj yoxdursa, qarpız yeyən də olmur. Bizim də məhsul sahədə çürüyür. Tağlar altında yetişmiş qarpızları saxlamaq olmur, tağ onu saxlamır, partlayır, məhv olur".

Hazırda Salyanda qarpız məhsulu tarlalarda qalaqlanır. Fermerlər isə kredit borcları və gündəlik xərclər qarşısında çıxış yolu tapa bilmirlər. Əgər vəziyyət dəyişməzsə, gələn il bu bölgədə qarpız sahələrinin azaldılması qaçılmaz görünür.












Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

İlham Əliyev və Pol Kaqamenin təkbətək görüşü KEÇİRİLDİ

İlham Əliyev və Pol Kaqamenin təkbətək görüşü KEÇİRİLDİ

İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO

İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO

Evdə köməksiz qalan azyaşlılar xilas edildi – VİDEO

Evdə köməksiz qalan azyaşlılar xilas edildi – VİDEO

Bu meyvə sayəsində ev, maşın alanlar var

Bu meyvə sayəsində ev, maşın alanlar var

Oğlunun saatı Kadırovun başına BƏLA OLDU – Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO

Oğlunun saatı Kadırovun başına BƏLA OLDU – Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO

Formula-1: Üçüncü sərbəst yürüşə START VERİLDİ

Formula-1: Üçüncü sərbəst yürüşə START VERİLDİ

Ermənistan kritik seçkilərin ASTANASINDA – Paşinyanın reytinqi hansı SƏVİYYƏDƏDİR?

Ermənistan kritik seçkilərin ASTANASINDA – Paşinyanın reytinqi hansı SƏVİYYƏDƏDİR?

Külək güclənəcək, yağış yağacaq – PROQNOZ

Külək güclənəcək, yağış yağacaq – PROQNOZ

Ruanda Prezidenti Şəhidlər xiyabanında – FOTO

Ruanda Prezidenti Şəhidlər xiyabanında – FOTO

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Nuridə Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Nuridə Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? - Mütəxəssis AÇIQLADI

Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? - Mütəxəssis AÇIQLADI

“Qəbələ” “Kəpəz”lə, “Sabah” “Turan Tovuz”la qarşılaşır

“Qəbələ” “Kəpəz”lə, “Sabah” “Turan Tovuz”la qarşılaşır

Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib – TƏFƏRRÜAT

Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib – TƏFƏRRÜAT

Dərbənd küçələri su altında qaldı – VİDEO

Dərbənd küçələri su altında qaldı – VİDEO

Dünyanın ən gözəl üç kəndi – FOTO

Dünyanın ən gözəl üç kəndi – FOTO

Bakıda ağac avtomobilin üzərinə aşdı – FOTO

Bakıda ağac avtomobilin üzərinə aşdı – FOTO

Bu rayonlara QAR YAĞDI

Bu rayonlara QAR YAĞDI

Əş-Şaraadan XƏBƏRDARLIQ – “Türkiyə Suriyada əməliyyatlara başlaya bilər”

Əş-Şaraadan XƏBƏRDARLIQ – “Türkiyə Suriyada əməliyyatlara başlaya bilər”

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO