“Bu günə qədər 7 318 nəfər ibtidai sinif, Azərbaycan dili, riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanında uğursuz nəticə göstərib”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, uğursuz nəticə göstərən müəllimləri alternativ işlərə cəlb etməyə çalışırıq:
"Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media