“Divarın da qulağı var” yox, divarın özü qulaqdır – Yeni binalarda səs izoliyasiyası niyə “YADDAN ÇIXIB”?

Yeni tikilidə mənzil almısınız. Böyük həvəslə, sevinclə döşəyib yerləşirsiniz... Amma elə ilk günlərdən qonşudan gələn nəinki hay-küy, telefon zəngləri, o telefonun vibrasiyada olarkən vızıltısı, hətta qonşu dayının xorultusuna qədər hər şeyi eşidirsiniz. Elə bil böyük bir binada ayrı-ayrı mənzillərdə yox, hamı bir damın altında qonşu otaqlarda yaşayır.

“Divarın da qulağı var”

Bununla bağlı atalarımız çoxdan bizi xəbərdar etmişdi, amma uzaqgörən atalarımızın görmə spektri bu qədər də irəli getməmişdi. Gələcəkdə divarların qulaqlarının birbaşa lokator kimi hər səsi havadaca “qapıb” qonşuya ötürəcəyi ağıllarına da gəlməzdi. Belə getsə, camaatda sirr qalmayacaq.

Çoxmərtəbəli binalarda səs izolyasiyası problemi artıq sakinlərin əsas şikayətlərindən birinə çevrilib. Bu problem son illərdə Bakıda və bölgələrdə sürətlə artan yeni tikililərlə bağlı ən çox şikayət olunan məsələlərdəndir.

Ümumiyyətlə, “izolyasiya” dedikdə, həm səs, həm də istilik-soyuq izolyasiyası nəzərdə tutulur. Amma biz vurğunu səs keçirmə probleminin üzərinə qoyaq. Yeri gələndə adam istiyə-soyuğa dözər, amma qonşuların hər növ səsli macəralarına çətin...

Problem nədən qaynaqlanır?

İlk növbədə sürətli və nəzarətsiz tikintidən...

Tikinti şirkətləri mənzilləri tez satmaq üçün standartlara əməl etmədən bina tikirlər. Texniki nəzarət ya çox zəifdir, ya da formaldır.

Daha sonra keyfiyyətsiz tikinti materialları: betonun tərkibi zəif olur, izolyasiya qatları ya ümumiyyətlə yoxdur, ya da ki çox nazik qoyulub. Arakəsmə divarları çox zaman boşluqlu bloklarla və ya alçıpanla tikilir.

Həmçinin, xarici divarlar, tavan və döşəmələrdə səs udan materiallardan istifadə edilmir. Mənzillər arasında səs keçirməni azaldacaq konstruksiyalar nəzərə alınmır. Ona görə də səsin rezonans effekti daha güclü olur. Yuxarı mərtəbədə iki-üç uşaq ora-bura qaçır, aşağı mərtəbədəki qonşu elə bilir ki, başının üstündən Çingizxanın süvari ordusu keçir.  Bu isə əlbəttə narahatlıq, yuxu pozuqluğu, eyni zamanda qonşular arasında narazılıq yaradır.

İnsanlar od qiymətinə aldıqları mənzildə özünü rahat hiss edə bilmirlər.

Mövzuyla əlaqədar daşınmaz əmlak eksperti Elnur Əsədovdan məsələyə açıqlıq gətirməsini istədik. Ekspert Bizim.Media-ya bildirdi ki, tikinti normativinə uyğun olaraq mənzillərin çöl və qonşuyla olan divarları 29 sm-lik kərpiclə, mənzildaxili iç divarları isə 10 sm-lik kərpiclə hörülür: “amma bəzi hallarda tikinti şirkətləri kərpicləri ya aralı qoyurlar, ya da ki ölçüyə uyğun olmayan kərpiclərdən istifadə edirlər. Nəticədə səs izolyasiyası pozulur”.  

Ekspert bildirir ki, belə olduqda iş alıcının üzərinə düşür. Mənzil alarkən diqqətli olmalı, bina divarlarını və arakəsmələri yoxlamalıdır. İçəridən əlavə izolyasiya etdirmələri məsləhət görülür: səs udan materiallar (akustik panellər, daş yunu), quraşdırmaq lazımdır.

“Yox əgər bundan sonra da, qonşudan səslər kəsilmirsə, bu artıq əmlak yox, mülki məcəllə ilə tənzimlənir”, - deyə ekspert vurğulayıb.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

İlham Əliyev və Pol Kaqamenin təkbətək görüşü KEÇİRİLDİ

İlham Əliyev və Pol Kaqamenin təkbətək görüşü KEÇİRİLDİ

İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO

İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO

Evdə köməksiz qalan azyaşlılar xilas edildi – VİDEO

Evdə köməksiz qalan azyaşlılar xilas edildi – VİDEO

Bu meyvə sayəsində ev, maşın alanlar var

Bu meyvə sayəsində ev, maşın alanlar var

Oğlunun saatı Kadırovun başına BƏLA OLDU – Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO

Oğlunun saatı Kadırovun başına BƏLA OLDU – Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO

Formula-1: Üçüncü sərbəst yürüşə START VERİLDİ

Formula-1: Üçüncü sərbəst yürüşə START VERİLDİ

Ermənistan kritik seçkilərin ASTANASINDA – Paşinyanın reytinqi hansı SƏVİYYƏDƏDİR?

Ermənistan kritik seçkilərin ASTANASINDA – Paşinyanın reytinqi hansı SƏVİYYƏDƏDİR?

Külək güclənəcək, yağış yağacaq – PROQNOZ

Külək güclənəcək, yağış yağacaq – PROQNOZ

Ruanda Prezidenti Şəhidlər xiyabanında – FOTO

Ruanda Prezidenti Şəhidlər xiyabanında – FOTO

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Nuridə Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Nuridə Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? - Mütəxəssis AÇIQLADI

Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? - Mütəxəssis AÇIQLADI

“Qəbələ” “Kəpəz”lə, “Sabah” “Turan Tovuz”la qarşılaşır

“Qəbələ” “Kəpəz”lə, “Sabah” “Turan Tovuz”la qarşılaşır

Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib – TƏFƏRRÜAT

Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib – TƏFƏRRÜAT

Dərbənd küçələri su altında qaldı – VİDEO

Dərbənd küçələri su altında qaldı – VİDEO

Dünyanın ən gözəl üç kəndi – FOTO

Dünyanın ən gözəl üç kəndi – FOTO

Bakıda ağac avtomobilin üzərinə aşdı – FOTO

Bakıda ağac avtomobilin üzərinə aşdı – FOTO

Bu rayonlara QAR YAĞDI

Bu rayonlara QAR YAĞDI

Əş-Şaraadan XƏBƏRDARLIQ – “Türkiyə Suriyada əməliyyatlara başlaya bilər”

Əş-Şaraadan XƏBƏRDARLIQ – “Türkiyə Suriyada əməliyyatlara başlaya bilər”

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO