Xəbər verdiyimiz kimi, bu gün səhər saat 08:00 radələrində Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. "Ford" markalı sərnişin daşıyan mikroavtobusun aşması nəticəsində 24 nəfər yaralanıb. Onların 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdirilib.
Bizim.Media-ın əldə etdiyi xəbərə görə, qəzaya düşənlər əkin sahələrində günəmuzd çalışan fəhlələr olub.
Bizim.Media