“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim...”

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə iyulun 6-sı axşam saatlarında baş verib.

2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi - mərhumun qayınatası 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb.

Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəyli hadisə ilə bağlı “Teleqraf.az”a danışıb. Onun sözlərinə görə, ailəsində ciddi problem olmayıb:

“Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qətlə yetirəcəyini düşünməzdim...”

Günel Ağabəylinin atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:

“Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik.

Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bıçaq zərbəsi vurublar. Qızımın heç bir günahı yoxdur. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub - bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar kürəkənimin atasında psixoloji problemlər yaranıb”.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Türkiyə millisi ¼ FİNALDA

Türkiyə millisi ¼ FİNALDA

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

End of content

No more pages to load

RADİO