AZAL-dan YENİLİK – Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın!

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə səyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə və qiymət dəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanı təqdim edir. “Qiymətin sabitlənməsi” adlanan bu xidmət sərnişinlərə bileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətlə saxlamaq imkanı qazandıracaq.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxta ehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub.

Yeni funksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planları dəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətə kimi təxirə salmağa şərait yaradır.

Xidmətdən istifadə prosesi olduqca sadə və əlçatandır. Belə ki, sərnişin www.azal.az rəsmi saytında və ya AZAL mobil tətbiqində reysi seçdikdən sonra “Qiymətin sabitlənməsi” funksiyasını aktivləşdirə bilər. Sistem bu zaman seçilmiş biletin hazırkı qiymətini avtomatik olaraq 24 və ya 72 saat müddətində olduğu kimi saxlayır.

Xidmətdən istifadə edərkən:

• uçuşa 7 və daha çox gün qaldıqda 72 saatlıq sabitləmə üçün 10 avro,

• uçuşa 7-4 gün qaldıqda 24 saatlıq sabitləmə üçün isə 20 avro məbləğində ödəniş edilir.
 

Ödəniş yalnız onlayn şəkildə, bank kartı vasitəsilə həyata keçirilir. Bu ödəniş biletin əsas qiymətinin tərkibinə daxil deyil və geri qaytarılmır.


Təyin olunmuş müddət ərzində sərnişin “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq biletini rəsmiləşdirə bilər. Bu müddət ərzində alış yekunlaşdırılmazsa, rezervasiya avtomatik olaraq ləğv olunur və ödənilmiş məbləğ geri qaytarılmır.

Bileti sabit saxladıqdan sonra sərnişinlər, həmçinin həmin bölmə üzərindən əlavə xidmətlərdən – oturacaq seçimi, əlavə baqaj və digər funksiyalardan da yararlanmaq imkanı əldə edirlər.

Ətraflı məlumat üçün: //www.azal.az/az/information/hold-the-price/

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

End of content

No more pages to load

RADİO