Bu yollar yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzun müddət əsaslı şəkildə yenidən qurulmadan və təmir edilmədən istismar olunan Bakı şəhərinin qəsəbədaxili yollarında kompleks tədbirlərin görülməsinə start verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən Moderator.az -a verilən məlumata görə, bu çərçivədə Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işlərinə başlanılıb. Gürgən qəsəbəsində yolun uzunluğu 2 km, Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yolunun uzunluğu isə 1.5 km təşkil edir. Hər iki yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bura 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edəcək.xa0

Sözügedən yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün yolların örtüyü deformasiyaya uğrayıb, çalalar əmələ gəlib. Bu isə payız-qış aylarında yollar boyu hərəkətdə prolemlərə səbəb olurdu. Hazırda layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.xa0

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası aparılacaq: "Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Daha sonra isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyü salınacaq, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək". Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilərək yollar vətəndaşların istifadəsinə veriləcək.xa0

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Qeyd edək ki, Pirallahı rayonu, Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən artıq əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda Elm Günüdür

Azərbaycanda Elm Günüdür

Dünya səyyahları Laçında

Dünya səyyahları Laçında

“Raket zərbələri zəlzələ ocaqlarını oyadır”- Qurban Yetirmişlidən SENSASİON AÇIQLAMA

“Raket zərbələri zəlzələ ocaqlarını oyadır”- Qurban Yetirmişlidən SENSASİON AÇIQLAMA

Süni intellekt çox sayda yeni ekzoplanet aşkarlayıb

Süni intellekt çox sayda yeni ekzoplanet aşkarlayıb

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

İranda əsgərlik yaşı 12-yə endirildi

İranda əsgərlik yaşı 12-yə endirildi

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

End of content

No more pages to load

RADİO