"Ürək daşı"nın ilk imza günündən FOTOLAR

Fevralın 9-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının “Ürək daşı” şeirlər kitabının “İmza günü” keçirilib.

Tədbirin aparıcısı və “ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar “İmza günü”ndə millət vəkilləri, elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, qeyri-hökumət təşkilatları təmsilçilərinin və fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.

“Ürək daşı”nın redaktoru, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr.Almaz Ülvi, kitabın önsöz müəllifi, Əli Kərim adına Poeziya Klubunun direktoru, görkəmli şair İbrahim İlyaslı, millət vəkilləri – dos.dr. Qənirə Paşayeva, prof.dr. Jalə Əliyeva, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmir, GYF-nin prezidenti Əhməd Tecim, Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu, tanınmış ədəbiyyatşünas prof.dr.Rüstəm Kamal, Xalq artisti Eldost Bayram, “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Əkbər Qoşalının orta məktəb müəllimi Rita Novruzova, tanınmış alim dos.dr. Teymur Zeynalov “Ürək daşı” və “Ürək daşı”nın müəllifi haqqında ürək sözlərini bölüşüblər.

Çıxışlarda bidirilib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatı günüdür. Çıxışçılar Əkbər Qoşalının şair, publisist, türkoloq və ictimai xadim kimliyinin məziyyətləri barədə fikirlərini bölüşüb. 12 illik fasilədən sonra, 45 yaşında ikinci şeirlər kitabı ilə oxucuların görüşünə gələn müəllifin bu hərəkətini onun sözə yüksək məsuliyyətlə yanaşması, fəal ictimai çalışmaları ilə bağlayan çıxışçılar, onu ideyalı yazar olaraq xarakterizə ediblər; Altaylardan ta Balkanlara qədər tanınan bir imza sahibi olan Əkbər Qoşalının şəxsi əlaqələrini öz şeirlər kitabına deyil, yeni nəsil Azərbaycan və ümumtürk ədəbiyyatının təbliğinə, ümumən türk dünyasında ədəbi əlaqələrin güclənməsinə həsr etdiyi vurğulanıb. xa0

Əkbər Qoşalı “İmza günü”nün iştirakçılarına təşəkkür edib, öz yeni şeirlərini oxuyub.

Gənc müğənni Coşğun Viləş, gənc aşıqlar – Əli Kəlbəcərli, Xavər Hüseyinli, Xətai Kərim və Cavanşir Ənvəroğlu “İmza günü”ndə öz musiqi töhfələri ilə çıxış edib, Əkbər Qoşalının şeirlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Sonda, müəllif “Ürək daşı”nı oxucular üçün imzalayıb.

“Ürək daşı”nın Azərbaycan Yazıçılar Birliyində, “Zirvə” Tədris Mərkəzində, habelə Tovuzda da “İmza günü”nün keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Rolu üçün 3 aylıq kurs keçdi

Rolu üçün 3 aylıq kurs keçdi

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

Rəşad Baxşəliyev vəfat etdi

Rəşad Baxşəliyev vəfat etdi

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

Azərbaycanda Elm Günüdür

Azərbaycanda Elm Günüdür

End of content

No more pages to load

RADİO