Bu ölkədə sərxoş sürücülərin avtomobili BLOKLANIR

İtaliyanın vitse-prezidenti və nəqliyyat naziri Matteo Salvini sürücülərin avtomobillərində məcburi quraşdırmalı olduqları xüsusi cihaz olan alkokilidin tətbiqi ilə bağlı qərar imzalayıb. Bu cihaz sürücünün nəfəsində spirtin miqdarını müəyyən edir. Əgər spirtin miqdarı çox yüksək olarsa, avtomobilin mühərrikinin işə düşməsinə imkan vermir. Avtomobili işə salmaq üçün sürücü cihazdakı alkotesterə üfürməlidir. Əgər nəticə “sıfır” olmazsa, mühərrik işə düşməyəcək.

Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, alkokilidin quraşdırılması spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə məhkəmənin yekun qərarı ilə təqsirli bilinmiş sürücülər üçün məcburi olacaq. Qurğunun quraşdırılmasının müddəti qanun pozuntusu zamanı qanda müəyyən edilmiş spirt miqdarından asılı olacaq: 0,8-dən 1,5 q/l-ə qədər olduqda cihazdan iki il istifadə olunmalıdır. Əgər qanda spirt miqdarı 1,5 q/l-dən çox olarsa, minimum üç il müddətində istifadə məcburidir. Tibbi komissiya daha uzun müddət də təyin edə bilər.

Qaydaların pozulmasına görə nəzərdə tutulan cəzalar xeyli yüksəkdir:
 

543 avrodan 2 min avroya qədər cərimə və sürücülük hüququnun altı aya qədər (minimum bir ay) məhdudlaşdırılması. Qurğunun dəyişdirilməsi, saxtalaşdırılması və ya tamamilə quraşdırılmaması hallarında cərimələr ikiqat artır. Əgər alkoqol kilidi ilə təmin edilmiş avtomobili idarə edən sürücü yenidən sərxoş vəziyyətdə yaxalansa, cərimə yenidən ikiqat artırılır. Əgər nəticədə yol-nəqliyyat hadisəsi baş verərsə, cərimənin məbləği daha bir üçüncü hissə artır.


İtaliya Avtomexaniklər Federasiyası (Federcarrozzieri) ölkədə istismarda olan köhnə avtomobil parkının, yəni yolların 22%-ni təşkil edən 19 ildən artıq yaşı olan avtomobillərin bu qurğu ilə texniki cəhətdən uyğunlaşmasının çətin olacağına diqqət yönəldib. Bu isə alkoqol kilidinin geniş şəkildə tətbiqində ciddi maneə yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

End of content

No more pages to load

RADİO