“Sülh müqaviləsi Tiflisdə imzalanacaq” İDDİASI

İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacağı xəbəri yayıldı

Son günlər Azərbaycanla Ermənistanın qarşıdakı bir ayda sülh müqaviləsini imzalayacağı iddiaları yenidən gündəmə gəlib. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın iyulda Dubayda görüşəcəkləri də yayılan xəbərlər sırasındadır. Erməni mediası bu barədə “Middle East Eye”yə istinadən xəbər verib. Nəşr iddia edir ki, danışıqların gündəliyinə sülh müqaviləsinin imzalanması daxildir.

Türkiyənin AKP hökumətinə yaxınlığı ilə tanınan və Prezident Rəcəb Tayyib Ərdoğanı xarici səfərlərdə müşayiət edən jurnalist Abdulkadir Selvi isə “CNN-Türk”ün efirində belə bir iddia səsləndirib ki, iyulun sonunda Azərbaycan prezidenti və Ermənistanın baş naziri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda görüşəcəklər.

Aqil Məmmədov



Siyasi ekspert Aqil Məmmədov Musavat.com-a bildirib ki, son günlər bu cür iddialar yayılsa da, Azərbaycanın iki əsas tələbi hələ də aktuallığını qoruyur və bu məsələlər öz həllini tapmayıb.

Əgər Selvinin irəli sürdüyü iddia doğrudursa və iyulun sonunda Dubayda liderlər arasında görüş baş tutacaqsa, burada sülh sazişinin imzalanacağını gözləmək, o qədər də real görünmür:
 

“Bununla belə, Dubay görüşündə tərəflərin ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət qəbul etməsi mümkündür. Bu addım tərəfləri sülh müqaviləsinə daha da yaxınlaşdıra bilər. Lakin bu müraciətdən sonra Minsk Qrupunun buraxılması üçün müəyyən vaxt tələb olunacaq, üzv ölkələrin toplanması və yekun qərarın qəbul edilməsi prosesi azı 6-7 ay çəkə bilər. Növbəti mərhələ Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının ləğvi üçün irəli sürdüyü tələblə bağlıdır. Bu məsələ gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri zamanı gündəmə gələ və həllini bilər. Əgər əvvəllər Azərbaycanın bu tələbi Ermənistan cəmiyyətində gərginlik yarada bilərdisə, indi həmin məsələ artıq ikinci dərəcəlidir”.


Ekspert hesab edir ki, hazırda Ermənistanın referendum keçirməsi üçün əsas məsələ kilsənin dövlətdən ayrılmasıdır: “Son hadisələr göstərir ki, erməni Apostol kilsəsi köhnə Ermənistanın sonuncu dayağı kimi qalmaqdadır. Bu dayağı sarsıtmadan yeni Ermənistan qurmaq mümkün deyil. Bu səbəbdən Paşinyan və komandası referenduma "Yeni Ermənistan" ideyası ilə gedəcək və əsas vurğu məhz kilsənin dövlətdən ayrılmasına yönəldiləcək. Nikol Paşinyan bu addımı haqlı olaraq Ermənistanın müstəqilliyi və suverenliyi naminə vacib bir qərar kimi təqdim edəcək. Cəmiyyət qarşısında bu seçim qoyulacaq, ya əvvəlki vəziyyətdə qalırıq və regional təcrid davam edir, ya da konstitusiyanı dəyişdirib, gec də olsa regional proseslərə qoşularaq inkişaf yoluna çıxırıq. Hər bir halda regionda baş verən proseslər kulminasiya nöqtəsinə yaxınlaşır. Yeni traktatın pərdəsi açıldıqda isə arxasında tamamilə fərqli bir regional mənzərə ilə qarşılaşacağıq. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi isə düşünürəm ki, Qafqaz regionundan kənara çıxmayacaq və tərəflər Tiflisdə bir araya gələrək elə sülh sazişini də burada imzalayacaqlar".

A.Məmmədovun qənaətincə, belə olan halda Moskva, Brüssel, Vaşinqton və Ankara arasında həm balans qorunmuş olacaq, həm də sülh müqaviləsi Tiflisdə imzalanmaqla “Böyük Qafqaz evi” ideyasına əlavə rəng qatılacaq və üç Cənubi Qafqaz ölkəsinin yeni əməkdaşlıq modelinin əsası qoyulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

End of content

No more pages to load

RADİO