İnsanlar min il yaşaya biləcək? – “İslamda buyurulub ki...”

Texnologiya və biotibbi sahədə çalışan ekspertlərin fikrincə, bəşəriyyət gen mühəndisliyi, robot texnologiyaları və süni intellekt sahəsindəki irəliləyişlər sayəsində uzunömürlülükdə yeni bir mərhələyə qədəm qoymaq üzrədir. Dünyanın aparıcı futuristləri və tədqiqatçıları artıq bunun baş verəcəyi tarixlərə dair proqnozlar veriblər.

Proqnoz verənlər arasında Böyük Britaniyadan futurist doktor Yan Pirson, Quql şirkətinin keçmiş mühəndisi Rey Kurtsveyl və biotibbi mütəxəssis Obri de Qrey də yer alır. Onların hər biri minillik həyat yolunu fərqli görsə də, hamısı bu gələcəyin uzaqda olmadığını düşünür.

Bu necə mümkün olacaq?

Pirson əmindir ki, 2050-ci ilə qədər ən zəngin insanlar gen mühəndisliyi, robototexnika və şüurun rəqəmsal köçürülməsi sayəsində 1000 il yaşamaq imkanına sahib olacaqlar. Onun fikrincə, insan şüurunu ya android bədəninə, ya da virtual reallığa köçürmək mümkün olacaq. Əvvəlcə bu texnologiyalar yalnız elita üçün əlçatan olacaq, lakin 2060-cı illərdə orta təbəqə də onlardan istifadə edə biləcək.

O əlavə edib ki, gələcəyin tibbi, hüceyrə səviyyəsində qocalmanı dayandırmağa və hətta onu geri çevirməyə, həmçinin xərçəng və ürək-damar xəstəlikləri kimi patologiyaları hələ yaranmadan əvvəl müalicə etməyə imkan verəcək.

Texnologiyalar sahəsində verdiyi dəqiq proqnozlarla tanınan Rey Kurtsveyl isə hesab edir ki, 2029-cu ilə qədər süni intellekt insan beyni ilə eyni səviyyəyə çatacaq. Bu, onun "singulyarlıq" adlandırdığı dövrün başlanğıcı olacaq. 2045-ci ilə qədər isə insanla maşın tam şəkildə birləşəcək və bu, ölümsüzlüyə yol açacaq.

Kurtsveylin fikrincə, süni intellekt qida və yaşayış kimi əsas ehtiyacları xeyli ucuzlaşdıracaq, İlon Maskın "Neuralink" layihəsi kimi beyin-kompüter interfeysləri vasitəsilə şüur məlumat buluduna qoşula biləcək. Bu da insan intellektinin milyonlarla dəfə artmasına və şəxsi şüurun köçürülərək yeni bədənlərə yerləşdirilməsinə səbəb olacaq.

Gerontologiya sahəsində mütəxəssis olan Obri de Qrey isə XXI əsrin tibb elminin qocalmanı geri çevrilə bilən prosesə çevirəcəyini iddia edir. O, 2050-ci ilə qədər qocalığın adi bir xəstəlik kimi qəbul ediləcəyini və müalicə edilə biləcəyini düşünür.

Bəs, islam dini bu barədə nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, din də elm də deyir ki, ölümsüzlük mümkün deyil:

“Dinə görə Allah insan da daxil olmaqla bütün varlıqları müəyyən müddət üçün yaradıb. Vaxtı gələndə həyatına son verir. Elm də sübut edir ki, varlıqlar maddədən təşəkkül tapıb, maddə, hüceyrə də yaşayır, yaşlanır və funksiyasını dayandırır. Hətta kainatdakı planetlər, ulduzlar da əbədi deyil. İslam fəlsəfəsinə görə Allah hər şey üçün ölçü ilə təqdir edib. İnsanı da müəyyən ömür yaşaması üçün yaradıb, ona bu dünyada əbədilik bəxş etməyib.

Hamı öləcək. Amma nə vaxt öləcəyi yaşadığı mühitə, qidalanmasına, necə həyat yaşamasına bağlıdır. Sağlam həyat sürərsə, stressiz yaşayarsa, uzun ömürlü olar, özünü təhlükələrdən qorumazsa, ömrü qısa olar. Ancaq hər bir halda sonda ölməsi mütləqdir. Lakin nə vaxt ölməsi isə qəzadır. Qəzavü-qədər anlayışı budur”.

“Tibb inkişaf edərək insanın, yaxud heyvanın ömrünü uzada bilər”.

Müsahibimiz əlavə edib ki, tibb insan ömrünü uzada bilər:

“Ancaq bu yalnız tibbi nailiyyət sayıla bilər. Həyati baxımdan heç nə dəyişməyəcək. Vaxtilə insanlar min ilə qədər yaşayıb. Qurana görə Nuh peyğəmbər 950 il ömür sürüb. Bu müddət ərzində ona cəmi bir neçə adam iman gətirib.

Amma Məhəmməd peyğəmbər 63 il ömür sürüb öz dövründə dünyanın nizamını dəyişəcək sistem yaradıb, din meydana gətirib. Demək görüləcək işlər üçün, dünyaya nəsə bəxş etmək üçün ömrün uzun olması deyil, mənalı olması, keyfiyyətinin yüksək olması əhəmiyyətlidir. İnsan var ki, uzun ömür yaşayır, amma həyatının heç kəsə bir faydası olmur, əksinə ziyan vurur. Adam da var ki, qısa ömrü ilə bir dünyalıq irs qoyub gedir”.

Uzunömürlülüyün fəsadları

Tural İrfan hesab edir ki, insanların uzun yaşaması reallığa çevrilərsə, ya müharibələr artacaq, ya da müxtəlif viruslar yaymaqla insanlığın sayını azaldacaqlar:

“Çünki dünyanın təbii ehtiyatları və resursları on milyardlarla insan üçün yetərli deyil. Hər halda Allah ümumi nizamı qoruyur. İnsanlara uzun ömür deyil, mənalı, faydalı ömür yaşamağın yollarını öyrətmək lazımdır. Uzun ömür yaşayan heyvanlar var ki, faydasından çox ziyanı var. Amma bal arısı çox az yaşayır, lakin insanlıq üçün əvəzsiz faydalar bəxş edir. Uzün ömür yaşamağa meyl insanlığın axirət inancından, öldürən sonrakı əbədi həyata inamsızlığından irəli gəlir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

End of content

No more pages to load

RADİO