Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirildi – FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qərbi Azərbaycan irisi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Bizim.Media-nın məlumatına görə, Dövlət Komitəsinin sədri tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır.
 

O həmçinin qeyd edib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı beynəlxalq hüquqazidd əməllər törədən və cəzasız qalan Ermənistan 30 ildən çox torpaqlarımızın da bir hissəsini işğal altında saxlamışdı.


Dövlətimizin başçısının qətiyyətli və uzaqgörən siyasəti, şanlı Ordumuzun rəşadəti nəticəsində işğala son qoyulub, separatizmin kökü kəsilib.

Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması məcburi köçkün həmvətənlərimizin öz doğma yurdlarına qayıdışına şərait yaranıb.

Hazırda soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı məsələsi də regional və beynəlxalq platformalarda müzakirə olunur, bu istiqamətdə hərtərəfli iş aparılır.

Daha sonra Komitə sədrinin müavini Fuad Hüseynov, Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov və Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev çıxış edərək kitabı yüksək qiymətləndiriblər.

Azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara və amansız deportasiyaya, xalqımızın Qərbi Azərbaycanda tarixi-mədəni irsinin məhv edilməsinə  görə Ermənistanın beynəlxalq müstəvidə cəzalandırılacağına, on minlərlə soydaşımızın doğma torpaqlara qayıtmaq hüququnun təmin ediləcəyinə inam vurğulanıb.

Kitab iki hissədən ibarətdir. Birinci hissəsində hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilib, tədqiqatın metodologiyasından bəhs olunub.

İkinci hissəsində isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, kəndlə bağlı toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi, qəbiristanlıq və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.

Tədbirdə, həmçinin Qərbi Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.

Xatırladaq ki, kitabın I cildi seriyanın ilk nəşridir və bu seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. Kitab Azərbaycan, ingilis, rus dillərində çap edilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO