Hərbçilərimiz Türkiyədə təlimdə - VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti Türkiyədə keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq taktiki-uçuş təlimində iştirak edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim müddətində iştirakçılara təhlükəsizlik qaydaları, hərəkət marşrutları, icra olunacaq tapşırıqlar, meteoroloji vəziyyət barədə brifinq təqdim olunub.

Ssenarinin praktiki icra mərhələsində texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra hərbi pilotlarımız aviabazadan qrup şəklində uçuşlar həyata keçirərək, hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər.
 

Plana uyğun olaraq, hərbi pilotlarımız hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçiriblər.


İyulun 4-də Konya şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan HHQ-sinin şəxsi heyətinin “Anadolu Qartalı - 2025” beynəlxalq taktiki-uçuş təlimi zamanı sərgilədiyi yüksək peşəkarlıq xüsusi vurğulanıb.

Qeyd edək ki, iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığı, birgə fəaliyyət qabiliyyətini və döyüş hazırlığını artırmaq məqsədilə keçirilən təlimdə Azərbaycan, ABŞ, İordaniya, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-nun HHQ nümayəndələri iştirak ediblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO