“Dözmədim, Bakıya qayıtdım” – Ayaz Salayevdən Rusiya ilə bağlı gözlənilməz ETİRAF

Son günlər Xalq yazıçısı Çingiz Abdullayev, kinorejissor Ayaz Salayev, deputat Polad Bülbüloğlu və aktyor Bəhram Bağırzadə kimi tanınmış ictimai simalar Rusiyada baş verən olaylara reaksiya vermədiklərinə görə sərt tənqidlərə məruz qalıblar. Bu cür yanaşma tərzi həm mediada, həm də sosial şəbəkələrdə geniş dəstək qazanıb. İctimaiyyət onlardan Rusiyanın azərbaycanlılara qarşı sərgilədiyi münasibətə fikir bildirmələrini tələb edir.

Rusdilli ziyalılar bu məsələdə susmaqda haqlıdırlarmı? Onları baş verənlərə münasibət bildirmədiklərinə görə tənqid etmək nə dərəcədə doğrudur?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan kinorejissor Ayaz Salayev onu tənqid edənlərə haqq qazandırıb:

“Haqlıdırlar, ictimaiyyətin iradını qəbul edirəm. Doğrudan da biz daha aktiv olmalıyıq. Ruslar hər zaman başqa millətlərə yuxarıdan aşağı baxıblar.
 

Hətta Almaniyada yaşayan rus dostum da öz ölkəsini qəbul etmir. Deyir ki, Rusiya Stalin dövründən də qəddar dönəmini yaşayır, yeni nəslin daha pis olacağını vurğulayır. Moskva öz çirkin əməlinə bu gün başlamayıb, müstəqillik dövründən öncə də bizə qarşı pis münasibətləri olub. Hələ İkinci Dünya müharibəsi dönəmində azərbaycanlı əsgər rus dilini bilmədiyi üçün güllələnib. Mən də imkan daxilində onlarla mübarizə aparmışam”.


Ayaz Salayev 8 il Rusiyada təhsil aldığını bildirib:

“Məni müəllim kimi də orada saxlamaq istəsələr də, Bakıya qayıtmağı seçdim. Geri gəlmək səbəblərimdən biri millətçiliyə dözə bilməməyim idi. Bir neçə il əvvəl Rusiyanın bizə qarşı apardığı informasiya savaşı haqda film çəkmək niyyətim olsa da, şərait yaranmadı. İndiki vəziyyət göstərir ki, bizim artıq səbr kasamız dolub. Bundan sonra Rusiya ilə münasibətimiz isti olmayacaq. Biz heç onlarla əsl dost da deyilik, sadəcə qonşu ölkəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO