Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da ƏLAVƏ EDİLƏCƏK

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Dəyişiklik Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə təklif olunur.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur.
 

Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur.


Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.

Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
 

Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.


Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO