Xəstəxanalarda onlayn növbə sistemi niyə DALANA dirənib? – TƏBİB bu dəfə də söz VERDİ...

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra tibb sahəsində xeyli müsbət irəliləyiş əldə edilib. Tibbi prosedurlar hər kəsə əlçatan olsa da müəyyən problemlər hələ də qalmaqdadır. Onlardan biri də tibb müəssisələrindəki növbə problemidir. İnsanlar həkim qəbuluna düşmək üçün saatlarla vaxt itirirlər.

Aidiyyəti qurumlar ölkəmizdə bütün dövlət, xüsusilə, TƏBİB tabelyindəki xəstəxanalarda elektron növbə sisteminin tətbiq ediləcəyi vədini vermişdilər. Hələlik isə bu yalnız çox az sayda xəstəxanada tətbiq olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət xəstəxanalarında növbə problemi – Onlayn randevu sistemi nə zaman İŞƏ DÜŞƏCƏK?


Bəs proses nə zaman yekunlaşacaq?

Məsələ barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Bizim.Media-ya deyib ki, elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur:

“Vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətli şəkildə davam etdirilir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur və bu, səhiyyə xidmətlərinin keyfiyyətli, şəffaf və effektiv təşkilinə xidmət edir.

Sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır. Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər.

Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Sıra məlumatı terminal ekranlarında əks olunur. Hazırda bu sistem paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur və gələcəkdə digər müəssisələrə də tətbiqi nəzərdə tutulur”.

Onun sözlərinə görə, ölkə ərazisində bir neçə tibb müəssisəsində elektron növbə terminalı quraşdırılıb:

“Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 16 tibb müəssisəsində 30-a yaxın, regionlarda isə 23 tibb müəssisəsində 40-dan çox elektron növbə terminalı və monitorlar quraşdırılıb. Son aylarda Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi qurulub istifadəyə verilib.

Bərdə, Qazax, Şəmkir, Tovuz, Göygöl, Mingəçevir, Qobustan, Abşeron və digər tibb müəssisələrində də elektron növbə sistemi tətbiq olunur. 


Bundan əlavə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevu sistemi fəaliyyətdədir. Bununla da vətəndaşlar həkim qəbulu üçün onlayn qaydada növbə götürərək sözügedən tibb müəssisəsinə yaxınlaşa bilər. Gələcəkdə də bu proses davam etdiriləcək və mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO