Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezident katibliyinin rəhbəri təyin edilən Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olunub.

Bizim.Media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin marketinq direktoru Ləman Ağayeva Fərid Əsgərov barəsində paylaşım edib.

O, paylaşımda Fərid Əsgərovun xarakteri ilə bağlı bəzi məqamları açıqlayıb:

“Fərid Əsgərovla ilk dəfə 2007-ci ildə Gimnastika Federasiyasında çalışdığım dövrdə tanış olmuşam. O vaxtdan bu günə qədər onu yalnız bir cür tanımışam — vicdanlı, zəhmətkeş, səmimi və dostlarına son dərəcə bağlı insan kimi. Fərid hər zaman ailəsinə – anasına, övladlarına, bacı-qardaşına qarşı böyük qayğı və məsuliyyət hissi ilə yanaşan bir insan olub.

Kənardan baxanda bəlkə də hər şey asan görünə bilər, amma onun peşəkar fəaliyyəti və gündəlik həyatdakı zəhməti heç də asan deyil. Hər zaman işinə ürəyini qoyub, nə iş görürsə, səviyyəli, zövqlü və məsuliyyətlə yerinə yetirir.

Ən çox da Fəridi fərqləndirən bir cəhət var — o, dostluğa sadiq bir insandır.

Elə vəziyyətlər olur ki, insanlar imkan və vəzifə sahibi olduqdan sonra dəyişirlər, ətrafına yadlaşırlar. Amma Fərid hər zaman dostlarının, yaxınlarının yanında olub, çətin günlərdə onların yanında dayanmağı bacarıb.

Onun əsl insanlıq nümunəsi olduğunu göstərən çoxlu misallar var. Məsələn, dünya və Avropa çempionu Rafael Ağayevin anasının müalicəyə ehtiyacı olduğu çətin bir zamanda, Fərid bütün qəlbi ilə yardım üçün əlindən gələni edib, məsələni şəxsən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdırıb. Mehriban xanım da özünəməxsus mərhəmət və diqqətlə bu məsələyə dərhal reaksiya verib və dəstək göstərib.

Fəridin xarakterini tanıyan biri kimi əminəm – başladığı bu yeni yolda da o, hər zaman olduğu kimi işinə ürəyini qoyacaq, insanlara fayda verməyə çalışacaq və ən yüksək nəticələrə nail olacaq.

Uğurlar sənə, Fərid! Allah hər zaman köməyin və yanında olsun!”, - Ləman Ağayeva bildirib. (bakupost.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO