Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar

Səhiyyə naziri Teymur Musayevin vətəndaş tərəfindən məhkəməyə verildiyi iş üzrə qərar açıqlanıb.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, 16 may tarixində səhiyyə nazirinin də iştirak etdiyi Milli Məclisin plenar iclasında deputat Səyyad Salahlı (Aran) plastik cərrahlarla bağlı çıxışı zamanı qəbuluna düşən və plastik cərrahın səhlənkarlığı səbəbindən həyatını itirən Səbirə Vəliyevanın ailəsinin müraciətini dilə gətirib. Bundan sonra nazir Teymur Musayev məsələ ilə bağlı açıqlama verərək həmin ailənin onun da qəbulunda olduğunu və S.Vəliyevanın mətbəxdə əməliyyat edildiyini bildirib.

Bundan sonra Səbirə Vəliyevanın ailəsi səhiyyə naziri Teymur Musayevin qızının şərəf və ləyaqətini alçaltdığını bildirərək, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

Şikayət onunla əsaslandırılıb ki, səhiyyə naziri həmin plenar iclasda Səbirə Vəliyeva haqqında həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirib. Şikayətçilər məhkəmədən nazirin Milli Məclisin iclasında və ya ona bərabər tutulan tədbirdə təkzib verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

S.Vəliyevanın yaxınları məhkəməyə bildiriblər ki, T. Musayevin yalan olduğunu bilə-bilə mərhum qızı barəsində dedikləri onun ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə deyib, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaldıb və qəsdən böhtan atıb.

Məhkəmə isə şikayətin heç bir əsası olmadığı qərarını verib. Bildirilib ki, 16 may 2025-ci il tarixdə Milli Məclisin plenar iclasında nazirin çıxışına diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir.

İş materiallarına əsasən Ülviyyə İlyasova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında xüsusi biliyi və təhsili olmadan qohumu Səbirə Vəliyeva üzərində liposaksiya-piysovurma manipulyasiya və prosedurlarını icra etdikdən sonra sonuncunu özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə “Şərq” yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə gətirdiyi və S.Vəliyevanın səhhətinin orada ağırlaşaraq vəfat etdiyi müəyyən edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Malta Prezidentini təbrik etdi

İlham Əliyev Malta Prezidentini təbrik etdi

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Patruşev axtarışa verildi

Patruşev axtarışa verildi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Həsrət Cəfərov final görüşünə çıxacaq

Həsrət Cəfərov final görüşünə çıxacaq

Xankəndi şəhərinə mediatur - FOTO

Xankəndi şəhərinə mediatur - FOTO

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

End of content

No more pages to load

RADİO