Vikipediya QALMAQALI – Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? – ARAŞDIRMA

 

Hər gün minlərlə insanın istifadə etdiyi vikipediya Azərbaycan dili də daxil olmaqla dünyanın bütün sivil dillərində mövcuddur. Amma Azərbaycan dilindəki vikipediyada məlumatın az və ya natamam olması təəssüf doğuran haldır. Bunun bir neçə səbəbi var,  ən əsas səbəbi də milli tənbəlliyimizdir. Bir də qarşısında “könüllü” sözü olan işlərdən qaçmağımız... Vikipediya isə məhz könüllü şəxslərin – təəssübkeş, çalışqan, vətənpərvər insanların, əsasən gənclərin fəaliyyətidir ki, onların da sayı məhduddur. Başqa sözlə, oradakı mətnin miqdarı və keyfiyyəti birbaşa istifadəçilərin fəallığından asılıdır: nə qədər çox savadlı insan iştirak etsə, o qədər də həcm və keyfiyyət artar. Ancaq hələ ki, mətnlərin bir çoxu tam işlənməyib: kiçik, hətta bir-iki cümlədən ibarət mətnlərdir.

Vikipediya açıq ensiklopediya olsa da, yerləşdirilən məlumatlar dəqiq və istinadlı olmalıdır. Bəzən isə qeyri-dəqiqlikdən əlavə qərəz də işə daxil olur. Ona görə də çox zaman saxta və ya yanlış məlumatlar ortaya çıxır. Məsələn, dəfələrlə bir sıra tanınmış azərbaycanlılar haqqında səhv, istinadsız məlumatlar yer alıb. Bu məlumatların bəziləri sonradan redaktorlar tərəfindən silinib və ya düzəldilib. Amma bəziləri müəyyən müddət səhifələrdə qaldığı üçün gülüş və ya təəssüf hədəfinə çevrilib.

Vikipediyanın hədəfinə çevrilənlər...

Bir neçə il qabaq mərhum deputat Qənirə Paşayeva dünyasını dəyişməzdən bir neçə gün əvvəl onun haqqında vikipediyada "vəfat edib" qeyd olunmuşdu. Rəsmi təsdiqlənməmiş xəbərə istinad edən saytlar saxta ölüm xəbərini yaymışdı.

Bundan başqa, sabiq deputat, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı haqqında da ailə üzvlərinin adları, ictimai çıxışları ilə bağlı etibarsız mənbələrə əsaslanan məlumatlar yer almışdı.

Millət vəkili, Siyavuş Novruzovun siyasi fəaliyyəti ilə bağlı isə kinayəli cümlələr əlavə olunmuşdu. Məsələn: “Həmişə iqtidarın müdafiəsində dayanır” kimi subyektiv fikirlər bir müddət səhifədə yer almışdı.

Yazıçı və deputat Aqil Abbas haqqında səhifədə "mübahisəli çıxışları ilə tanınır" kimi ifadələr yerləşdirilmişdi.  

“Ümid” partiyasının sədri İqbal Ağazadə barəsində də təhrif olunmuş “hakimiyyətə yaxınlaşdığı” və ya “xalq tərəfindən dəstəklənmədiyi” kimi cümlələr  yazılmışdı. Halbuki vikipediya qərəzsiz və faktlara əsaslanan dil tələb edir.
 

Sənət adamlarından xalq artisti Zeynəb Xanlarovanın vəfat tarixi, gitarist Rəmişin (Rafiq Hüseynov) ailəsi və şəxsi həyatı ilə bağlı, müğənni Manaf Ağayevin əsl peşəsi, doğum tarixi haqqında fərqli məlumatlar verilmişdi. Məlumatlar sonradan ya silinmiş, ya da redaktə edilmişdi.


Göründüyü kimi vikipediya daim yenilənməli olan, diqqət tələb edən bir mənbədir. Ona görə də istifadəçilər oradan götürdüyü məlumatlara əmin olmalıdırlar. Yəni vikipediyanın özünü araşdırmağa ayrıca vikipediya lazımdır.

Şəfiqə Şəfa, Bizim.Media

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO