Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin SƏBƏBİ AÇIQLANDI

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova report.az-a açıqlama verib.

Onun sözlərinə görə, iyulda isti günlərin sayının çox olacağı gözlənilir:

"İyunda temperaturun nisbətən aşağı olmasını baza dövrü, yəni 1961-90-cı illərlə müqayisə etdikdə, çox da aşağı olmadığını görürük. 90-cı ildən sonrakı dövrə nəzər salsaq, həmin dövrlərlə müqayisədə temperatur nisbətən aşağı olub. Buna səbəb isə lokal iqlim dəyişmələri, atmosfer dövranı, şimaldan və şimal-şərqdən Azərbaycana daxil olan hava kütlələrinin təsiridir.

Ümumiyyətlə, şimaldan daxil olan hava kütlələri yayda nisbətən sərinlik, qışda sərtlik gətirir. Ümumi götürdükdə isə belə sərin havaların o qədər də uzun çəkməyəcəyini deyə bilərəm".

İnstitut rəsmisi əlavə edib ki, yay aylarında temperaturun aşağı olması iqlim dəyişmələrinin bir növüdür:

"Yəni iqlim dəyişmələri dedikdə təkcə temperaturun qalxması deyil, enməsi də nəzərdə tutulur və yaxud da yağıntıların azalması, çoxalması və s. İyun ayı əsasən sərin keçsə də, isti hava da müşahidə edildi. Amma bir neçə il bundan əvvəllə müqayisədə həmin isti havanın əvvəlki illərdə daha uzun müddət davam etdiyini görmüşük. İndi isə sərin günlərin sayı nisbətən artıb, isti günlərin sayı azalıb. Bu da elə iqlim dəyişmələrinin bir təzahürüdür".

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova isə bildirib ki, bu ilin iyun ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34 dərəcə isti, bölgələrdə isə 39 dərəcə isti qeydə alınıb:

"Havanın orta aylıq temperaturu ölkə üzrə 23 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 1 dərəcəyədək yuxarıdır".

Onun sözlərinə görə, bu ilin iyun ayının əvvəlində Şahdağa qar yağıb, havanın minimal temperaturu 1 dərəcə şaxta təşkil edib. Bakı və Abşeron yarımadasında isə minimal temperatur 16 dərəcə isti olub.

Xidmət rəsmisi qeyd edib ki, ölkə ərazisində son 5 ildə iyun ayında havanın orta aylıq temperaturu iqlim normasından 2-4 dərəcə yuxarı olub. Çoxillik müşahidə məlumatlarına əsasən, ən isti iyun ayı 2021-ci ildə qeydə alınıb. Həmin il havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Malta Prezidentini təbrik etdi

İlham Əliyev Malta Prezidentini təbrik etdi

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Patruşev axtarışa verildi

Patruşev axtarışa verildi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Həsrət Cəfərov final görüşünə çıxacaq

Həsrət Cəfərov final görüşünə çıxacaq

Xankəndi şəhərinə mediatur - FOTO

Xankəndi şəhərinə mediatur - FOTO

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

End of content

No more pages to load

RADİO