Elnur Mehdiyev əsirlikdə başına gələn müsibətlərdən DANIŞDI - DƏHŞƏTLİ FAKTLAR

İyulun 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürümüş şəxslər ifadə veriblər.

Bizim.Media xəbər verir ki, zərərçəkmiş şəxs Elnur Mehdiyev ifadəsində Goranboy rayonunda yerləşən taborda əsgər kimi hərbi xidmət edən zaman yolu azması nəticəsində 2000-ci il fevralın 1-də erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.

O, Ermənistan silahlı qüvvələrinin blindajına aparılaraq yumruq-təpiklə, avtomat silahın qundağı ilə vəhşicəsinə döyüldüyünü, daha sonra blindajın qarşısındakı dirəyə iplə bağlanılmaqla gecədən səhərədək ayaqyalın qarın üstündə saxlanıldığını deyib. Nəticədə ayaqları şaxta vurması nəticəsində donub. Səhəri gün, yəni fevralın 2-də Xocalı şəhərində yerləşən xəstəxanaya aparılaraq sol ayağının bütün barmaqları amputasiya edilib.
 

O, daha sonra Xankəndi şəhərində yerləşən xəstəxanaya aparılaraq bir müddət orada saxlanılıb. İyulun 11-də isə Ermənistana aparılaraq orada təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs əsir saxlanıldığı müddətdə mütəmadi olaraq döyüldüyünü, ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığını bildirib. Bir həftə sonra əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.


O, prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Malta Prezidentini təbrik etdi

İlham Əliyev Malta Prezidentini təbrik etdi

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Patruşev axtarışa verildi

Patruşev axtarışa verildi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Həsrət Cəfərov final görüşünə çıxacaq

Həsrət Cəfərov final görüşünə çıxacaq

Xankəndi şəhərinə mediatur - FOTO

Xankəndi şəhərinə mediatur - FOTO

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

End of content

No more pages to load

RADİO