Valideynlərə XƏBƏRDARLIQ – Bu məktəbli formaları qorxunc xəstəliklərə SƏBƏB OLUR

Sentyabr ayı yaxınlaşdıqca valideynlərin qayğısı artır. Uşaqların dərs ləvəzimatı və və məktəbli forması xeyli vəsait tələb edir. Üstəlik keyfiyyətsiz ləvazimatlar da bir başqa problemdir.

Məlumdur ki, məktəblərdə vahid forma tətbiq edilir. Bu məsələni bəzi işbazlar kommersiya işinə çeviriblər. Nəticədə, bazara çox zaman keyfiyyətsiz məhsular daxil olur. Belə məhsullar bir çox hallarda həm də ciddi xəstəlik mənbəyidir. Çindən kiloqramla alınıb gətirilən məktəbli geyimlərinin bir qayda olaraq mənşə sertifikatı olmur. Aşağı keyfiyyətli materiallardan hazırlanan formalar daha çox süni materiallardan hazırlanır.

Bu da bir sıra xəstəliklərə yol açır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Bakı Tikiş Evi”nin şöbə müdiri Etibar Əzimovun sözlərinə görə, xeyli müddətdir saxta məktəbli formaları bazarda var:

“2010-cu ildən bəri biz müvafiq dövlət qurumları ilə birgə belə hallara qarşı mübarizə aparmışıq.

Nəzərə alaq ki, saxta məktəbli formasının mənşəyi məlum deyil, sertifikatı yoxdur. Saxta formaları asanlıqla seçmək olur. Tikişlərində, bədəndə duruşunda nöqsanlar tez nəzərə çarpır. Bir dəfə geyinəndən sonra nimdaş hala düşür”.

Müsahibimiz deyir ki, saxta məktəbli formaları xəstəlik mənbəyidir:

“Bu geyimlərdə müxtəlif dəri xəstəliklərinin törədiciləri var. Onu geyinən uşaqda səpkilər yaranır, qaşınma çoxalır. Ona görə də təsadüfi yerdən, mənşəyi bəlli olmayan məktəbli formasını almaq təhlükəlidir.

Bizim tikiş evində hazırlanan məktəbli formalarına bir il zəmanət veririk. Bütün xammalın sertifikatı var. Keyfiyyət göstəriciləri ilə istənilən müştəri tanış ola bilər. Hətta mənşə sertifikatımız var və orada qeyd olunub ki, bu geyimlərin uşaqların sağlamlığına heç bir ziyanı yoxdur. Ona görə də valideynlər diqqətli olmalı, uşaqlarının sağlamlığını düşünərək haradan gəldi məktəbli forması almamalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Malta Prezidentini təbrik etdi

İlham Əliyev Malta Prezidentini təbrik etdi

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Patruşev axtarışa verildi

Patruşev axtarışa verildi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Həsrət Cəfərov final görüşünə çıxacaq

Həsrət Cəfərov final görüşünə çıxacaq

Xankəndi şəhərinə mediatur - FOTO

Xankəndi şəhərinə mediatur - FOTO

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

End of content

No more pages to load

RADİO