Süni intellekt iş tələblərini də DƏYİŞDİ – Xarici dil bilgisi önəmini İTİRİR…

Son dövrlər iş vakansiyalarında xarici dil biliyinə üstünlük verilməsi əvvəlki illərlə müqayisədə daha az vurğulanır. Mütəxəssislər bu tendensiyanın arxasında süni intellektin, xüsusilə də ChatGPT və oxşar texnologiyaların təsirinin ola biləcəyini bildirirlər.

İnsan resursları üzrə mütəxəssis Çimnaz Qasımova Bizim.Media-ya açıqlamasında bildirib ki, bəzi vakansiyalarda xarici dil tələbinin ikinci plana keçməsi artıq müşahidə olunan reallıqlardandır:
 

“Artıq bir çox sahələrdə, o cümlədən İT, rəqəmsal marketinq, kontent yaradılması və müştəri dəstəyi kimi sahələrdə süni intellekt alətləri tərcümə, yazılı ünsiyyət və dil korreksiyası kimi funksiyaları effektiv şəkildə yerinə yetirə bilir. Bu da işəgötürənlərin diqqətini daha çox funksional bacarıqlara, çevik düşüncəyə və adaptasiya qabiliyyətinə yönəldir. Nəticədə, xarici dil biliyi vacib yox, daha çox arzuolunan tələblər sırasına keçir”, - deyə o diqqətə çatdırıb.


Lakin mütəxəssis hesab edir ki, bu dəyişiklik xarici dillərin əhəmiyyətini tamamilə aradan qaldırmır. Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq, danışıqlar, liderlik və komanda idarəçiliyi kimi sahələrdə təbii və canlı dil bilikləri hələ də əsas amillərdən sayılır.

Çimnaz Qasımova əlavə edib:

“Süni intellekt imkanlarını yüksək qiymətləndirsək də, ona tam şəkildə güvənmək doğru olmaz. AI güclü bir dəstək vasitəsidir, lakin insan təfəkkürünü, empatiyanı və mənəvi konteksti əvəz edə bilməz. Bu dəyişiklikləri texnologiyanın insan potensialını tamamlaması və dil maneələrini aradan qaldıraraq inklüzivliyi təşviq etməsi kimi qiymətləndirmək olar. Lakin insan faktoru hələ də əsas roldadır”.

Beləliklə, müasir texnologiyalar xarici dillərə olan tələbatı formaca dəyişsə də, mahiyyətcə bu bacarığın aktuallığını tamamilə aradan qaldırmır. Yeni dövrdə əsas məqsəd insan və texnologiyanın ahəngdar əməkdaşlığını təmin etməkdir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Malta Prezidentini təbrik etdi

İlham Əliyev Malta Prezidentini təbrik etdi

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Patruşev axtarışa verildi

Patruşev axtarışa verildi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Həsrət Cəfərov final görüşünə çıxacaq

Həsrət Cəfərov final görüşünə çıxacaq

Xankəndi şəhərinə mediatur - FOTO

Xankəndi şəhərinə mediatur - FOTO

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

End of content

No more pages to load

RADİO