Azərbaycanın ən böyük Günəş elektrik stansiyası bu rayonda tikilir - FOTO

Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Biləsuvar rayonu ərazisində ölkənin ən böyük Günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılıb.

Bizim.Media müxbiri xəbər verir ki, stansiya dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazini əhatə edəcək. Günəş elektrik stansiyasının ümumi gücü 445 meqavat olacaq ki, bu da ölkənin enerji sistemində dayanıqlığın artırılmasına mühüm töhfə verəcək.

Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəlahəddin Yunsurovun sözlərinə görə, hazırda tikinti sahəsində ofis düşərgəsinin qurulması, ərazinin hasarlanması və ilkin mobilizasiya işlərinə başlanılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər.
 

“Eyni zamanda, Biləsuvar rayonundan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır. Tikinti işlərinin növbəti mərhələsində transformator infrastrukturunun yaradılması və günəş panellərinin quraşdırılması işlərinə start veriləcək” , - deyə o əlavə edib.


Mütəxəssislərin fikrincə, stansiyanın fəaliyyəti nəticəsində hər il əhəmiyyətli miqdarda karbon qazı emissiyasının qarşısı alınacaq, bu isə həm ekoloji tarazlığın qorunması, həm də iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından olduqca vacibdir.

Qeyd edək ki, Biləsuvarda icra olunan bu layihə ölkədə bərpaolunan enerjidən istifadənin genişlənməsinə və enerji balansında təmiz enerji mənbələrinin payının artmasına mühüm təsir göstərəcək. (Azərtac)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Malta Prezidentini təbrik etdi

İlham Əliyev Malta Prezidentini təbrik etdi

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Patruşev axtarışa verildi

Patruşev axtarışa verildi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Həsrət Cəfərov final görüşünə çıxacaq

Həsrət Cəfərov final görüşünə çıxacaq

Xankəndi şəhərinə mediatur - FOTO

Xankəndi şəhərinə mediatur - FOTO

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

End of content

No more pages to load

RADİO