Çörəyi çörəkdən çıxan ÇÖRƏKÇİLƏR – FOTO/REPORTAJ

Çörək bolluq-bərəkət rəmzidir. Çörəyi tarixən halallıq rəmzi kimi qəbul etmişik və ondan müxtəlif məmulatlar hazırlayaraq süfrəmizi bəzəmişik. Ölkəmizdə çörək bişirmək də bir mədəniyyət növü kimi geniş yayılıb və demək olar hər bölgənin özünəməxsus çörəkləri olur.

“Çörək bişirənlər...”

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, uzun illərdir ki, Oğuz-Şəki avtomobil yolu üzərində təndirdə çörək bişirib, qutablar hazırlayıb sataraq ailəsini dolandıran insanlar var. Bir sözlə, çörəyi çörəkdən çıxanlar haqda bəhs etmək istəyirik.



Bura çoxlarına məlum bir məkandır. Oğuz-Şəki yolunun üzərində yerləşir. İlin bütün fəsillərində burada çörək bişirən, qutab hazırlayanları görmək və çox sayda müştəri ilə qarşılaşmaq mümkündür.

Oğuzun Calut kəndinin yaxınlığında bir məhəllə var. Artıq onları Calutlular kimi deyil  “Çörək bişirənlər” məhəlləsinin sakinləri kimi tanıyırlar. Yolu buradan düşənlər avtomobilin sürətini mütləq azaldır ya da saxlayaraq təndirdə çörək bişirən xanımların əl işi ilə tanış olurlar.



Calut kəndinin xamralısı...

Diqqətimizi yuxa hazırlayan Rəsmiyyə xanımın əl işi cəlb edir. Deyir ki, köçəri həyat yaşayan insanlar belə yuxalara daha çox maraq göstərir. Hansı ki, buna xamralı deyilir və çox dadlı olur. Oxleylə yuxa açan xanım sözlərinə onu da əlavə edir ki, qutab və çörəklə yanaşı yaz-yay ayları gələndə xamralıya daha çox ehtiyac duyulur. Sifarişlər artır. Rəsmiyyə xanım Bakıya göndərmək üçün 20 ədəd xamralı hazırlamaq üçün sifariş aldığını və vaxtının dar olduğunu deyir. 
 

Yolun sağ və solunu müşahidə edə-edə irəliləyirik. İki gənc xanımın təndiri və ətrafındakı səliqə -sahman göz oxşayır.  Öyrənirik ki, səhərin erkən saatlarından xəmiri hazırlayırlar. Burada isə ancaq çörəyin təndirdə bişirilməsi qalır. Afət Həsənova gənc olmasına baxmayaraq çörək bişirmədə artıq yetkinləşib. Dediyi kimi gün ərzində bəzən 3-4 dəfə xəmir yoğurur. Müştəriləri sırasında tək rayondan deyil həm də yoldan keçən çox sayda turistlər də var ki, sonradan zəng edərək, ya da dost-tanışlara xəbər edərək çörək alırlar.


Çörəyi təndiqdə qızardan Rəvanə xanım həm də müxtəlif növ qutablar hazırlayır. Dediyinə görə ötən gün yoldan keçən bir ailə ondan 10 ədəd qutab alıb və bu gün üçün daha o qədər sifarış edib.



Çörəyi çörəkdən çıxan çörəkçilər...

Öyrənirik ki, burada xanımlar tək çörək və qutab hazırlamır, həm də evdə maldarlıqla məşğuldurlar. Onlar qatıq-süddən tutmuş pendir-yağa kimi hər cür məmulatların da satışını həyata keçirirlər. Elə bu anda daimi müştərilərdən biri təndirə yaxınlaşır və bir neçə çörək alaraq geri dönür. 

Gördüyümüz bu mənzərənin tək bir adı var... Bu xanımların çörəyi çörəkdən çıxır. Yayın istisində, qışın soyuğunda, payızın küləyində, yazın yağışlarında onlar təndir başında çörək bişirərək ailəsini dolandırırlar. Ailəsinin çörəyini çörək bişirməklə çıxaran bu xanımların hər birinin işi çətin və məsuliyyətlidir.



Gün boyu isti təndir ətrafında dayanmaq və gələnlərə təzə çörək təqdim etmək nə qədər çətin olsa da, onlar gördükləri işi sevərək həyata keçirir və ən başlıcası qədim adət-ənənələri qoruyaraq milli çörəkbişirmə sənətini təbliğ edirlər. Biz də xanımlara “Çörəyiniz və süfrəniz bərəkətli, bol müştəri” arzulayaraq məkandan ayrılırıq.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

4 gün ardıcıl iş olmayacaq

4 gün ardıcıl iş olmayacaq

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

Hakim olmaq istəyənlər İMTAHANDA

Hakim olmaq istəyənlər İMTAHANDA

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

End of content

No more pages to load

RADİO