Məhkəmə “Qoca”nın cinayət ortağı ilə bağlı QƏRAR ÇIXARDI

Ali Məhkəmədə kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, şikayət geri götürülüb.

Qeyd edək ki, Belarusdan Azərbaycana ekstradisiya edilən Kakavan Kavus Zəfər oğlu 2015-ci ildə Şirvanda 2 nəfərin qətlə yetirildiyi kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak edib. Hadisə vaxtı Nacıyev Elvin Zamanəli (Kriti Elvin) və Sarıbalaev Zaur Vəfadar oğlu qətlə yetirilib.

Hadisəni törətməkdə təqsirli bilinənlər - kriminal aləmin üzvləri Əli Ağami, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov saxlanılıb, Kakavan Kavus Zəfər oğlu isə istintaqdan qaçaraq gizlənib.

İstintaqın davamında isə hadisənin təşkilatçısı Etibar Məmmədov (“Qoca”) tutularaq istintaqa təhvil verilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan zaman Etibar Məmmədov və Əli Ağami Lənkərandan Bakıya etap edilərkən xüsusi təyinatlı qatardan qaçıblar. Hadisədən bir müddət sonra Əli Ağami özü təslim olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Etibar Məmmədovun tutulması ilə bağlı əməliyyat keçirən zaman polis əməkdaşlarına atəş açıb və əməliyyat nəticəsində o, öldürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

2021-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə istintaqdan qaçaraq yayınan Kakavan Kavus Zəfər oğlu 18 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

4 gün ardıcıl iş olmayacaq

4 gün ardıcıl iş olmayacaq

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

Hakim olmaq istəyənlər İMTAHANDA

Hakim olmaq istəyənlər İMTAHANDA

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

End of content

No more pages to load

RADİO