Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da reallaşdırılan layihələr və görüləcək işlər AÇIQLANDI

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında insan kapitalının inkişafı istiqamətində 3 mühüm tədbirin Naxçıvan Dövlət Universiteti (NDU) ilə bağlı olması ölkəmizdə təhsilə, elmə və insan kapitalının inkişafına diqqətin bariz nümunəsidir. 2024-cü il üzrə NDU-da Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilmiş fəaliyyətlərin icrası istiqamətində mühüm işlər görülüb və cari ilədək olan bütün istiqamətlərdə demək olar ki, tam icraya nail olunub. Universitet rektorunun 2023-cü il 5 dekabr tarixli əmri ilə müvafiq komissiya yaradılaraq fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı deyib.
 

O qeyd edib ki, Dövlət proqramı çərçivəsində NDU nəzdində İngilis dili təmayüllü Gimnaziya yaradılıb və Nizamnaməsi təsdiq edilib.


Növbəti mərhələdə Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb.

Həm yerli kurikulum, həm də beynəlxalq proqram üzrə fəaliyyət göstərən məktəbdə müvafiq standartlara uyğun müəllim qəbulu reallaşıb və struktur formalaşdırılıb:

"2024-2025-ci tədris ilindən müvafiq tələblərə uyğun şagird qəbulu həyata keçirilib və tədris prosesinə başlanılıb. Eləcə də məktəbin kitabxanası və texniki təminatı üçün Dövlət Proqramı çərçivəsində 72 min 748 manatlıq 670 adda elektron və çap şəklində Kembric dərslikləri və digər kitabların təminatı reallaşdırılıb. Eyni zamanda, 151 min 440 manatlıq elektron tədris avadanlıqları - 2 PC kompüter, 2 Notebook, 2 çoxfunksiyalı rəngli printer, 2 ağ-qara printer, 2 İnteraktiv monitor, 2 UPS, 90 çoxfunksiyalı tablet alınaraq məktəbin istifadəsinə verilib".

Rektor müşaviri vurğulayıb ki, Dövlət proqramı vəsaiti hesabına icra edilən layihə hazırda icra prosesindədir və növbəti tədris ilinədək işlərin yekunlaşdırılması nəzərdə tutulur.

2024-2025-ci tədris ilindən ölkədə ilk dəfə olaraq NDU-da Tibb fakültəsində tibb ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu uğurla baş tutub və 21 tələbə tədrisə başlayıb. Universitet tərəfindən tələbələrin bütün ehtiyacları və mövcud təlimata uyğun olaraq semestr təqaüdlərindən əlavə 50 manat məbləğində təqaüdlə təmin edilib. Dövlət proqramı xətti ilə NDU-da SABAH qruplarının elektron bazasının və kitabxana resurslarının zənginləşdirilməsi məqsədilə müvafiq satınalma metodundan istifadə edilərək ümumi dəyəri 65 000 manat olan, 4 ədəd Ultra 4K proyektor, 15 ədəd Notebook, 171 adda müxtəlif dillərdə tibb ixtisasına uyğun dərslik alınaraq tələbələrin istifadəsinə verilib.
 

"Təfsilatlı Tədbirlər Planında NDU üçün nəzərdə tutulmuş digər mühüm bir istiqamət isə Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili olub və bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar genişləndirilib.


İkili diplom proqramlarının icrası məqsədilə NDU-da iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin 2+2 formatında təhsillərini Türkiyənin Çankırı Karatekin Universitetinə əvvəlcədən bağlanılmış müqavilə çərçivəsində davam etdirməsinə 2024-2025-ci tədris ilindən start verilib. 2024-cü ilin oktyabr ayında Macarıstan Respublikasının John Von Neyman Universiteti ilə tədrisi ingilis dilində aparılan kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi bağlanılıb və 2025-2026-cı tədris ilindən qəbul aparılacaq.

Ümumilikdə, 2024-cü il ərzində NDU ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında 12 anlaşma memorandumu, 6 ERASMUS razılaşması bağlanılıb", - deyə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Azərbaycanda süni mayalanma niyə bahadır?

Azərbaycanda süni mayalanma niyə bahadır?

Məmurlar Formula 1-də... - FOTO

Məmurlar Formula 1-də... - FOTO

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

End of content

No more pages to load

RADİO