Arıqlamaq istəyənlər üçün HƏYƏCAN TƏBİLİ – Bu pəhriz ÖLDÜRÜR!

Son zamanların yeni trendi – Keto (və ya ketogen) pəhriz təkcə Azərbaycanda deyil, dünyada getdikcə yayılır. Xüsusilə də bu pəhriz növünün bağırsaq xərçənginin qarşısını alması barədə xəbər ortaya çıxınca istifadəçilər arasında daha da populyarlaşdı.

Keto pəhriz – karbohidratlardan imtina edib, yağlı yeməklərdən istifadə etməklə tez bir zamanda kilo verməyə imkan verir. Karbohidrat almayan orqanizm ketoz rejimə keçir və karbohidratlardan topladığı şəkər yerinə, enerji əldə etmək üçün yağları yandırmağa başlayır.

Sağlam adamlar da infarkta səbəb ola bilər

Amma bu pəhrizin fəsadları xeyrindən daha çox imiş. Belə ki, karbohidratlardan tamamən imtina edib, yağlı yeməklərə keçmək gənc yaşda infarkt riskini artıra bilər. Karbohidratların ciddi şəkildə məhdudlaşdırıldığı pəhriz yüksək proteinlidir.  Bu pəhriz hətta 30-35 yaşlarında indiyədək heç bir şikayəti olmayan sağlam adamlarda da infarkta səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, keto kimi həddindən artıq məhdudlaşdırıcı pəhrizlərə uzun müddət riayət etmək qanda xolesterinin səviyyəsinin kəskin artmasına, qan damarlarının zədələnməsinə, xroniki iltihaba və damarların daralmasına səbəb ola bilər. Bu faktorlar infarkt və insultun əsas tətikləyiciləridir. Belə ki, qırmızı ət və yağlı pendir, kərə yağı kimi heyvan mənşəli məhsullarda çoxlu doymuş yağ var. Onların qida rasionunda çox olması damarlarda tıxanmaların əmələ gəlməsinə səbəb ola bilər.

Mövzuyla əlaqədar Bizim.Media-ya açıqlama verən dietoloq Sabir Verdiyev  bildirir ki, bu pəhrizdən uzun müddət istifadə edənlər bilməlidirlər ki, itirilmiş kilo əsasən orqanizmin su itkisi ilə əlaqəlidir.

“Uzunmüddətli keto pəhrizi ürək və böyrəklər də daxil olmaqla bir sıra  orqanları sıradan çıxarır. Xüsusən də hüceyrə qocalmasına səbəb olur. 18 yaşdan aşağı şəxslər və diabet xəstələri belə bir pəhriz qətiyyən saxlamamalıdırlar. Keto pəhrizinə başlamaq istəyənlər xolesterol səviyyəsi və ürək xəstəliyi riski haqqında məlumatlı olmalıdırlar”.
 

Dietoloq bildirir ki, ümumiyyətlə sosial şəbəkələrdə kor-təbii şəkildə pəhriz nümunələri görən istifadəçilər orqanizmlərini tanımadan dərhal əməl etməyə başlayırlar ki, bu da fəsadlarla nəticələnir.


“Hətta dietoloqlar arasında pəhriz növləri, içkiləri təklif edənlər var. Peşəkar dietoloq bunu edə bilməz. İşini bilən mütəxəssis yaxşı dərk edir ki, pasientin ümumi qan analizi, xroniki xəstəliklər müşahidəsi olmadan hər hansı təklif etmək onun sağlamlığına ciddi ziyandır. Bir pəhrizi bütün insanlara eyni şəkildə tətbiq etmək olmaz. Ona görə də pəhriz saxlamaq istəyənlər əvvəlcə həkimlə məsləhətləşməli, öz orqanizmlərini, onun həssaslıq dərəcəsinin tanımalı sonra istifadəyə başlamalıdırlar”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

4 gün ardıcıl iş olmayacaq

4 gün ardıcıl iş olmayacaq

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

Hakim olmaq istəyənlər İMTAHANDA

Hakim olmaq istəyənlər İMTAHANDA

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

End of content

No more pages to load

RADİO