Şahbaz Xuduoğlu: “Rus ədəbiyyatından kütləvi imtina doğru deyil”

Tarix boyu hər bir siyasi gərginlik dövründə ədəbiyyatdan istifadə edilib. Çünki ölkələr arasında ən əhəmiyyətli və təsirli əməkdaşlıq yollarından biri də ədəbi əlaqələrdir. Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıqdan sonra yaranmış gərginlik təkcə siyasi-ictimai vəziyyəti deyil, mədəni əlaqələri də korladı.

Belə olduğu halda yaranmış siyasi gərginlikdə ədəbiyyatdan təsir gücü kimi istifadə olunmasına, qadağa qoyulması və ya rus ədəbiyyatından imtina edilməsinə ehtiyac varmı?

Ədəbiyyatın təsir gücü danılmazdır. Nəzərə alsaq ki, Azərbaycanda ən çox oxunan, tərcümə edilən, satılanlar içərisində rus ədəbiyyatı ön sıralarda gəlir, o zaman mədəni əlaqələrin dondurulduğu, tədbirlərin ləğv olunduğu məqamda ədəbiyyata da qadağa qoyula bilərmi? Yaxud oxucular könüllü surətdə rus ədəbiyyatından imtina edə bilərlərmi?

Mövzuyla əlaqədar naşir Şahbaz Xuduoğlu Bizim.Media-ya bildirib ki, ədəbiyyatdan imtina ən sonda gələn məsələdir.

Hələ zamanı yetişməyib

“Hansısa bir şəkildə ədəbiyyatçılar tərəfindən etiraz əlaməti olaraq nələrsə edilə bilər. Məsələn bəzi dünya müəllifləri və ya onları təmsil edən nəşriyyatlar Rusiyada öz kitablarının nəşrinə icazə vermirlər. Bunların arasında Den Braun, Aqata Kristi, Harari, Stiven Kinq və digər dünya miqyaslı böyük imzalar var ki, onlar əsərlərinin Rusiyada nəşrinə icazə vermirlər. Yəni belə fərdi hallar olur. Amma kütləvi şəkildə ədəbiyyatdan imtina olunsun, bu düzgün deyil. Hələ elə bir zaman yetişməyib. İnşallah yetişməz də. Elə bir durum yaranmaz”.

Son günlərdə oxucuların rus ədəbiyyatına marağının azalıb-azalmamasına və bunun satışlarda hiss olunmasına gəlincə Ş.Xuduoğlu “Azalma hələ ki yoxdur. Hadisələr hələ təzədir. Vəziyyət bir neçə gündür gərginləşib. Qısa müddətdə bunu müəyyən etmək çətindir. Gələcəkdə necə olacaq, onu bilmirəm”, - deyə bildirib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Azərbaycanda süni mayalanma niyə bahadır?

Azərbaycanda süni mayalanma niyə bahadır?

Məmurlar Formula 1-də... - FOTO

Məmurlar Formula 1-də... - FOTO

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

End of content

No more pages to load

RADİO