AZAL təyyarəsinin vurulması ilə bağlı YENİ DETALLAR: Əmri bu şəxs VERİB

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi istintaq orqanlarına daxil olan 505-ci Hərbi İstintaq İdarəsinin həyata keçirdiyi daxili araşdırmanın bəzi detalları üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı minval.az saytı əldə edib.
 

Mənbə qeyd edir ki, söhbət 2024-cü ilin 25 dekabrında Qroznı yaxınlığında vurularaq qəzaya uğramış AZAL-a məxsus “Embraer E190” təyyarəsindən gedir.


Yeri gəlmişkən, nəşr dünən hava hücumundan müdafiə sistemlərinin kapitanı Dmitri Paladiçukun Rusiya Müdafiə Nazirliyinin əmri ilə atəş açıldığını təsdiqləyən məktubunu və zərbə anının əks olunduğu videogörüntünü yayımlamışdı.

Paladiçukun məktubunda bildirilir ki, o, 1-ci zenit-raket-artilleriya divizionunun “Pantsir-S” kompleksinin 274 nömrəli döyüş maşınının komandiridir və həmin səhər Qroznını qorumaq məqsədilə döyüş növbəsində olub. O, verilən əmr əsasında hazır vəziyyətə keçdiyini və daha sonra "hədəfin məhv edilməsi” əmri aldığını xronoloji ardıcıllıqla izah edir.

Lakin həmin məktub və ona əlavə olunmuş telefon danışıqlarının audioyazıları göstərir ki, Paladiçuk əslində mülki təyyarənin siluetini ayırd edə bilməyib.

Dindirilmə zamanı Paladiçuk bildirib ki, yeni döyüş texnikası dekabr ayında Qroznıdakı strateji obyektləri qorumaq üçün 51-ci Hava Hücumundan Müdafiə Diviziyasına tabe edilib. Bu döyüş maşını (BМ №274) 2017-ci ildən Suriyada xidmət göstərib və bu müddət ərzində texniki xidmət düzgün aparılmayıb. Nəticədə Qroznıya gətirildikdə döyüş maşınının optik-axtarış sistemi, MRLŞ (çoxfunksiyalı radiolokasiya stansiyası) və termal görüntüləyicisi işləməyib.

Kapitan bildirib ki, hədəfləri 4 km-dən uzaq məsafədə yalnız bulanıq ləkə kimi görürdü və silueti ayırd edə bilmirdi. O, dekabrın 15-də də atəş açmalı olduğunu, çünki sistemin dəqiq tanıma imkanı olmadığını etiraf edib:

“Bəli, Maks, iki dəfə atəş açdım. Əmri verdilər, atdım. Raket buraxıldıqdan sonra dedilər ki, bu, mülki təyyarə imiş. Saçım ağardı, hələ də əsmə keçirirəm. Raket az qala təyyarəyə toxunacaqdı. Mənim azimutum və istiqamətim fərqli idi, başqa tərəfə atmışdım. Amma o raketlər məhv etmə üçün buraxılmışdı. Kim bilir, bəlkə qəlpələr dəyib”.

O, əlavə edib ki, adətən belə hallarda “Kover planı" elan olunur, amma bu dəfə gecikiblər. Yəni “Azərbaycan Hava Yolları”na əvvəlcədən xəbərdarlıq edilməyib.

“Sistem işləmirdi, nə optika, nə radar. Mən heç nə görmürdüm. Qərbdən və cənubdan dronlar gəlirdi. Mənim sahəm şimal-qərb və cənub-qərb idi. İki dərə boyu gəlirdilər. Bəzən dağın üstündən keçə bilirlər. Amma oradan adətən sərnişin təyyarələri uçur. İstintaqçılar məni bezdirdilər. Bütün sənədləri, döyüş növbəsi jurnallarını apardılar. Yaxşı ki, Suriyadan qalan jurnalları atmamışam.”

Əldə olan məlumatlara görə, təyyarənin vurulmasına səbəb Rusiya Müdafiə Nazirliyinin, konkret desək 51-ci diviziyanın rəhbərliyinin məsuliyyətsizliyi və səhlənkarlığıdır. Onlar döyüş maşınlarının vəziyyətinə nəzarət etməyib, heyətə normal şərait yaratmayıb. Kapitan Paladiçuk rabitə sistemi sıradan çıxdığına görə mobil telefonla əmr aldıqdan sonra atəş açıb. Bu isə hərbi qaydalara ziddir.
 

Əslində, rus tərəfi bu faciənin baş verdiyini qəbul etməli, araşdırma aparmalı və məsul şəxsləri cəzalandırmalı idi. Amma əvəzində onlar informasiyanı gizlətməyə və Azərbaycanı günahlandırmağa çalışdılar. Rusiya yalnız öz vətəndaşlarını yox, azərbaycanlıları da təqib etməyə başladı. Sadəcə etnik mənsubiyyətinə görə insanların hüquqları pozuldu.


Rusiya bu gün qafqazlıları, miqrantları, qeyri-rusları mətbuat, hüquq-mühafizə orqanları və digər vasitələrlə hədəf alır. Vətəndaşlarını qorumaq əvəzinə günahkar axtarır, düşmən obrazı yaradır. Bu isə klassik neofaşizmin göstəricisidir.

Rusiyanın özünü “dünyanın ikinci ordusu” adlandırmasına baxmayaraq, əslində bu ordu korrupsiyaya bulaşmış, hərbi texnikasına belə nəzarət edə bilməyən bir mexanizmdir. 2025-2027-ci illər üçün hərbi büdcəyə rekord məbləğ – 13,49 trilyon rubl ayrılıb. Amma bu pullar xalqın sosial rifahı hesabına silahlı qüvvələrə ayrılır və son nəticədə korrupsionerlərin ciblərinə gedir. Real nəticə isə: işləməyən radar, təmirsiz döyüş maşını, kor vəziyyətdə atılan raket və 38 nəfərin ölümü ilə nəticələnmiş faciə.

Moskva bu gün Azərbaycanın narahatlığını görmək istəmir, əvəzində Bakını ittiham edir. Halbuki, məsuliyyət Kremlin üzərindədir. Bütün bu baş verənlər — səhlənkarlıq və cəzasızlıq yaxın gələcəkdə daha böyük faciələrə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Azərbaycanda süni mayalanma niyə bahadır?

Azərbaycanda süni mayalanma niyə bahadır?

Məmurlar Formula 1-də... - FOTO

Məmurlar Formula 1-də... - FOTO

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

End of content

No more pages to load

RADİO