Yayın ƏVƏZOLUNMAZI – Həşəratlar bu rəng geyinənlərə YAXINLAŞMIR

Ağ rəng demək olar ki, bütün toplumlarda saflığın simvoludur. Bəlkə də buna görə yeni həyata başlayan körpənin bələyi, gəlinin paltarı ağ olur... Elə onun gözlədiyi şahzadənin atı da ağdır... Dilimizdə “həyatında ağ səhifə açmaq”, “ağ günə çıxmaq”, “üzü ağ olmaq” və s. kimi deyimlər var ki, ağ rəngin cəmiyyətimizdə yenilik, paklıq, dürüstlük, məmnunluq kimi yüksək dəyərləri təmsil etdiyini göstərir.

Qəbirlərin başdaşılarına niyə ağ bayraq sancılırdı?

Psixoloqlar deyir ki, ağ sakitləşdirici təsirə malikdir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini aktivləşdirir. Ağ – gündüzü təcəssüm etdirir.  Avropa ölkələrində ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, Çin, Yaponiya və Hindistanda isə əksinə, matəmi və təhlükəni bildirir. Maraqlıdır ki, Qafqazda yaşayan bir sıra türkdilli xalqlarda: qumuqlarda, qaraçaylılarda da ağ matəm rəngi sayılıb. Bu xalqların yas adətlərindəki bir əlamət də diqqətçəkəndir: qəbirlərin başdaşılarında kiçik, dərin oyuq oyulur və ora ağ bayraq sancılır.

Eynilə Naxçıvanda da qədimdə ağ rəngin matəmlə əlaqəsi varmış. Məsələn, əri ölmüş qadın dörd ay on gün başına ağ tənzif bağlarmış. Bu müddət bitdikdən sonra yaxın qohum qadınlar yığışıb onu yasdan çıxararmışlar – qadının başına xına qoyar və sonra bir daha o, ağ tənzif örpəyi örtməz, ağ rəngli paltar geyməzmiş. Ağ rəng kəfəni xatırlatdığı üçün bir sıra rayonlarda yatmış adamın üstünə ağ örtməzdilər. Göründüyü kimi, ağ rəng beşikdən məzaradək insanı öz müxtəlif mənaları ilə əhatə edən, özünəməxsus aurası olan bir ziddiyyətli rəngdir.

Ağ rəngin müqəddəs hesab olunmasının səbəbləri mədəniyyətlərə və dini inanclara görə dəyişsə də, bir neçə ümumi psixoloji, simvolik və dini əsasları var. Misal olaraq, işığın, günəşin təcəssümü ağ rəng hesab olunur. Qaranlığın əksi olan işıq bir çox dinlərdə ilahi nur və Tanrının varlığı kimi yozulur. İslamda həcc ziyarəti zamanı ağ geyinmək bərabərlik və ruhi təmizlik rəmzidir. Elə xristianlıqda da kilsədə ağ rəng müqəddəs bayramlar (məsələn, Pasxa) zamanı istifadə olunur.

Bəs ağ rəngə həşəratların yaxınlaşmadığını bilirdinizmi? 

Bu, əsasən həşəratların görmə qabiliyyəti bağlıdır. Ağ rəng həm günəş işığını, həm də elektrik işığını güclü şəkildə əks etdirir. Bir çox həşəratlar, xüsusən də ağcaqanadlar tünd rənglərə daha çox qonurlar. Həm də çox güman ki, ağ rəngdə komuflyaj ola bilmirlər. Bundan başqa həşəratların çoxu ultrabənövşəyi və mavi-yaşıl spektrdə olan rəngləri daha yaxşı görür. Ağ rəng ultrabənövşəyi işığı az udur, buna görə də həşəratlar onu o qədər də cəlbedici hesab etmirlər. Tünd rənglər günəş işığını daha çox udur və istilik yayır, bu da bəzi həşəratlar üçün cəlbedici ola bilər. Ağ rəng isə daha soyuq səthlər yaradır və bu, həşəratları cəlb etmir. Ona görə də yayda ağ paltar geyinmək təkcə istidən yox, həm də ağcaqanadlardan qorunmaq üçün tövsiyə olunur.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - VİDEO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

End of content

No more pages to load

RADİO