Avropada beş ölkə savaş hazırlıqlarına BAŞLADI – III Dünya Müharibəsi XƏBƏRDARLIĞI

Ukraynada davam edən müharibə öz təsirini artıq açıq şəkildə qonşu ölkələrə də göstərməkdədir. Belə ki, Baltikyanı ölkələr və Polşa da artıq ciddi təşviş altındadır.

Lukaşenkodan müharibə xəbərdarlığı

Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə keçirilən iclasda bəyan edib ki, Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra daha bir hərbi sınaq poliqonuna çevrilirlər və əgər yenidən dünya xəritəsindən silinmək istəsələr, bu, onların seçimi olacaq:

"Heç kim indi "Hitlerin Avropa Birliyi" adlandırılan birliyin şərq istiqamətində kampaniyasının necə başa çatdığını xatırlamaq istəmir.

Ona görə də Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra özlərinin növbəti hərbi sınaq poliqonuna çevrilməsinə icazə verirlər. Bizim ən yaxın qonşularımız başqa heç bir statusda Qərbin maraq dairəsində deyillər. Əgər onlar dünya xəritəsindən yenidən itmək istəsələr, bu, onların seçimi olacaq".

Lukaşenko diqqəti Polşa hökumətinin hərbi texnika almasına yönəldib:

“Bütün xərclər öz vətəndaşlarının vergiləri və amerikalıların kreditlər hesabınadır. Onlar mahiyyətcə bizə düşmən olan yeni hərbi ittifaq qurmağa tələsirlər. Məsələn, Fransa ilə Polşa arasında hərbi sahədə dərin əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Varşava yaxın vaxtlarda Londonla da analoji saziş bağlamağı planlaşdırır”.

Şərqi Avropa ölkələri savaş hazırlığında

Bu təhlükə fonunda Polşa, Latviya, Litva və Estoniya Ottava Konvensiyasından çıxmağı müzakirə ediblər. Həmin ölkələrin müdafiə nazirləri bildiriblər ki, onların müstəqil müdafiə qabiliyyətləri artırılmalıdır.

Rəsmi açıqlamada qeyd edilir ki, son illərdə regionda təhlükəsizlik vəziyyəti pisləşib, xüsusilə də Rusiya və Belarusdan gələn təhdidlər artıb.

Qeyd edək ki, Ottava Konvensiyası 1997-ci ildə qəbul edilib və minaların istifadəsini, saxlanmasını və istehsalını qadağan edir. Bu konvensiyadan çıxmaq Polşanın və digər Baltikyanı ölkələrin yenidən minalar istehsal etməsinə, satın almasına və saxlamağına imkan verə bilər.

Rəsmi qərar hələ verilməsə də, ekspertlər bu addımın Avropa təhlükəsizlik siyasətinə təsir edəcəyini bildirirlər. Bütün bunlar isə Ukraynada gedən müharibənin növbəti mərhələsinin Şərqi Avropaya sirayət etməsi təhlükəsi yaradır.

NATO müharibəyə sürüklənir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, mövcud durumda Rusiya ilə sərhədi olan bütün digər ölkələrin taleyinin də Ukraynanın taleyinə bənzəyəcəyi istisna deyil:

“Təkcə Baltikyanı ilə bağlı deyil, demək olar ki, mövcud münasibətlər sisteminin əsasını təşkil edən müqavilələr artıq müasir standartlara cavab vermir. Təhlükəsizlik prinzmasından çıxış edən ölkələr silahlanma mərhələsinə qədəm qoyur ki, bu da mövcud situasiyada təbiidir.

Bu o deməkdir ki, şiddətli qlobal savaşın getdiyi dönəmdə dövlətlər belə addımlara getməkdə haqlıdır. O baxımdan Rusiya ilə sərhədi olan bütün ölkələrin taleyinin Ukraynaya bənzəməsi ehtimalı da istisna deyil. Demək ki, silahlanma yarışında təkcə silahların miqdarı məsələsi deyil, müqavilələrdən çıxmaqda əsas məqsəd  dağıdıcı silahlarla bağlıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

4 gün ardıcıl iş olmayacaq

4 gün ardıcıl iş olmayacaq

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

SEPAH-dan İsrail və ABŞ-a XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Mauro İkardidən sevgilisinin uşaqlarına JEST

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

Ana və iki uşağını avtomobil belə vurdu – ANBAAN VİDEO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

63 yaşlı Seda Sayanın gənclik sirri üzə çıxdı - FOTO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi - VİDEO

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

Kim Kardaşyanla keçmiş həyat yoldaşının gizli telefon danışığı ÜZƏ ÇIXDI

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

92 yaşlı prezidentin qızı atasına qarşı çıxdı

Hakim olmaq istəyənlər İMTAHANDA

Hakim olmaq istəyənlər İMTAHANDA

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

"Formula 2": ABŞ pilotu Bakıda qalib oldu

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

End of content

No more pages to load

RADİO