ADNSU-da təntənəli “Məzun Günü” keçirildi - FOTO/VİDEO

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət qurumlarının, müxtəlif nazirliklərin və özəl müəssisələrin rəhbər şəxsləri, millət vəkilləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov “Məzun Günü”ndə açılış nitqi ilə çıxış edərək ali təhsilin inkişafında dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ADNSU bu gün Azərbaycan iqtisadiyyatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindən biridir.

Dosent Rüfət Əzizov məzunlara müraciət edərək qeyd edib ki, onlar universitetin adını hər zaman uca tutmalı, qazandıqları bilik və bacarıqlarla ölkənin iqtisadi inkişafına öz töhfələrini verməlidirlər.


Elm və təhsil nazirinin müavini İdris İsayev, Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətə davamlı şəkildə inkişaf etdiyini diqqətə çatdırıblar. Məzunları təbrik edən nazir müavinləri çıxışlarında ADNSU məzunlarının ölkə iqtisadiyyatının, xüsusən də sənaye və enerji sahələrinin inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, ADNSU-nun məzunu Arzu Cavadova universitetdə keçirdiyi tələbəlik illərini xatırladaraq bildirib ki, ADNSU-da formalaşan bilik və peşəkar baza hər bir məzunun gələcək karyerasında əvəzsiz rol oynayır.

O, universitetin yetişdirdiyi mühəndislərin ölkənin neft və sənaye sektorunda mühüm layihələrə imza atdığını vurğulayıb.

Qeyd edək ki, bu il ADNSU-nu 4 mindən çox məzun bitirib.

Tədbirdə fakültələr üzrə fərqlənən məzunlara mükafatlar təqdim olunub. Rəsmi hissədən sonra “Məzun Günü” tədbiri sənət adamlarının və tələbələrin musiqi ifaları ilə davam etdirilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suriya Prezidenti ABŞ-dadır

Suriya Prezidenti ABŞ-dadır

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdlər - VİDEO

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdlər - VİDEO

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Şəkərin əvəzedicisi TAPILDI

Şəkərin əvəzedicisi TAPILDI

Putin başına gələn hadisədən danışdı - VİDEO

Putin başına gələn hadisədən danışdı - VİDEO

Gədəbəydə qardaş-bacını maşın vurdu

Gədəbəydə qardaş-bacını maşın vurdu

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

End of content

No more pages to load

RADİO