20 yaşlı sürücü "Mercedes"lə piyadanı vurub öldürdü

Bakıda "Mercedes"lə iki piyadanı vuran 20 yaşlı sürücü hakim qarşısına çıxarılıb. Piyadalardan biri hadisə yerində ölüb. Məlum olub ki, hadisə piyadaların yolun qadağan edilmiş hissəsindən keçməsi səbəbindən baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Sabunçu rayonu, Nardaran-Pirşağı yolunda baş verib.

20 yaşlı Nəzir Əlili idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən Rauf Qurbanovu və Sadiq Manafovu vurub. Rauf Qurbanov hadisə yerində ölüb. Sadiq Manafovun isə topuğu sınıb.

Sürücü ifadəsində bildirib ki, avtomobillə hərəkətdə olan zaman anidən qarşısına piyadalar çıxıb. Onun sözlərinə görə, hadisə zamanı bir nəfəri maşınla vurub. Sürücü əlavə edib ki, digər xəsarət alan şəxs onun avtomobilinə dəyməyib.

İstintaq zamanı məlum olub ki, sürücü Nəzir mərhumun ailəsi ilə barışıq əldə edib. Amma xəsarət alan şəxs ondan vurulmuş zərəri tələb edir.

Məhkəmə araşdırması zamanı kamera görüntülərinə də baxılıb. Görüntülərə əsasən, avtomobilin qarşısından iki nəfər keçir. Birinci keçən şəxs Sadiq olur. İkinci keçən şəxs isə Rauf.

Avtomobilin Raufu vurması görüntülərdən də aydın olur. Lakin Sadiqi vurması aydın görünmür.

Hakim bildirib ki, görüntülər uzaq məsafədən çəkildiyi üçün Sadiqin maşınla vurulması müşahidə edilmir. Lakin Rauf maşınla vurulandan sonra Sadiq axsayaraq ona tərəf geri qayıdır.

Məhkəmə bu haqda konkret fikir bildirə bilməyib. Lakin ittihamda piyada Sadiqin də maşınla vurulduğu qeyd edilib. Məhkəmə də bu ittihama uyğun hökm çıxarıb.

Maraqlı məqam budur ki, baş verən hadisədə sürücünün hansı məsuliyyəti daşıdığını müəyyən etmək çətindir.

İstintaq deyir ki, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli imiş.

Amma kamera görüntüləri də bunu sübut edir ki, qəza baş verən ərazidə piyada zolağı olmayıb. Piyadalar yolu qaçaraq keçmək istəyib. Həm də sürücü qeyd edilən ərazidə nəzərdə tutulan sürət həddini aşmayıbmış…

Bütün bunlara baxmayaraq, sürücü məsuliyyətə cəlb edilib və cəzalandırılıb. Sürücü Nəzir Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Suriya Prezidenti ABŞ-dadır

Suriya Prezidenti ABŞ-dadır

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Şəkərin əvəzedicisi TAPILDI

Şəkərin əvəzedicisi TAPILDI

Putin başına gələn hadisədən danışdı - VİDEO

Putin başına gələn hadisədən danışdı - VİDEO

Gədəbəydə qardaş-bacını maşın vurdu

Gədəbəydə qardaş-bacını maşın vurdu

End of content

No more pages to load

RADİO