“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

Onlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə Birmarket brendi adı altında xidmət göstərəcək. Rebrendinq prosesini uğurla başa vuran e-ticarət platforması 2 milyondan çox müştəriyə unikal alış-veriş təcrübəsi təqdim edir.

Azərbaycanın ən böyük elektron ticarət platforması olan Birmarket müştərilərinə elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məsulları, ev əşyaları da daxil olmaqla, onlarla kateqoriyada yüz minlərlə məhsul çeşidi təklif edir. Bununla yanaşı platforma istifadəçilərə sifarişləri ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Gəl al” təhvil məntəqəsindən əldə edə və ya kuryer vasitəsilə ünvanlarını tərk etmədən təhvil ala bilərlər. 24 ayadək hissə-hissə, taksitlə ödəniş və yerində kredit imkanı isə müştərilərə əlçətan, eləcə də sərhədsiz alış-veriş fürsəti yaradır.

“Birmarket”, özündə “Birbank”, “m10”, “MilliÖn” və digər servisləri birləşdirən “Bir” rəqəmsal ekosisteminin tərkib hissəsidir. Platforma ekosistemin digər iştirakçıları ilə sıx inteqrasiya olunub ki, bu da texnoloji uyğunluğu təmin edir və yeni funksiyaların tətbiqini sürətləndirir.

“Birmarket” brendinin istifadəyə verilməsi, “Bir” ekosistemindəki rolumuzu vurğulayır. Burada alış-veriş, ödənişlər və servislər vahid rəqəmsal məkanda birləşərək milyonlarla istifadəçi və tərəfdaş üçün yeni imkanlar yaradır”, - “Birmarket”in Baş icraçı direktoru Rauf Qulaməliyev bildirib.

Qeyd edək ki, 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə avtomatik olaraq Birmarket brendinə dəyişəcək. Bunun üçün istifadəçilərin mobil tətbiqi yeniləmələri kifayətdir. Həmçinin “Gəl al” məntəqələrinin yenilənməsinə də 1 iyul tarixindən etibarən start veriləcək və məntəqələr Birmarket adı altında fəaliyyətlərini davam etdirəcəklər.

Brendin yenilənməsi mövcud hesablar, sifarişlər və loyallıq proqramlarında heç bir dəyişikliyə səbəb olmayacaq. İstifadəçilər əlavə əməliyyata gərək olmadan mövcud imkanlardan yararlana biləcəklər.

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Birmarket, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Suriya Prezidenti ABŞ-dadır

Suriya Prezidenti ABŞ-dadır

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Şəkərin əvəzedicisi TAPILDI

Şəkərin əvəzedicisi TAPILDI

Putin başına gələn hadisədən danışdı - VİDEO

Putin başına gələn hadisədən danışdı - VİDEO

Gədəbəydə qardaş-bacını maşın vurdu

Gədəbəydə qardaş-bacını maşın vurdu

End of content

No more pages to load

RADİO