Bakıda tıxac azalacaq: Şanslı universitetlər

Bakıda tıxac probleminin əsas səbəblərindən biri kimi mərkəzdə yerləşən universitetlər göstərilir. Zaman-zaman bu problemin həlli məqsədilə ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi məsələsi gündəmə gəlir.

Ali təhsil müəssisələrinin ətrafında müşahidə olunan nəqliyyat sıxlığı tələbələrin dərslərə gecikməsi və ümumi hərəkət problemlərinə səbəb olur. Bu problemi aradan qaldırmaq və alternativ nəqliyyat vasitələrindən istifadəyə şərait yaratmaq məqsədilə velosiped və skuter zolaqları çəkilir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Teleqraf.az”ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, universitetlərin yerləşdiyi əsas küçə və prospektlərdə mikromobillik infrastrukturu yaradılır.

Velosiped yolları bir-biri ilə əlaqələndirilir

Agentlikdən verilən məlumata görə Məmməd Rahim küçəsi, Azərbaycan Texniki Universiteti (AzTU) ərazisi, Bəxtiyar Vahabzadə küçəsi, Bakı Dövlət Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) velosiped zolaqları salınıb:

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində davamlı mikromobillik zolağı təşkil edilir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada paytaxtın küçə və prospektlərində salınan velosiped yolları bir-biri ilə əlaqələndirilir.

Son belə işlər Bəxtiyar Vahabzadə, Məmməd Rahim küçələri və Hüseyn Cavid prospektində görülüb və daha əvvəl təşkil edilən Mətbuat prospektindəki mikromobillik zolağı ilə birləşdirilib. Beləliklə, dairəvi hərəkət imkanı yaradılıb. Metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı mikromobillik şəbəkəsinin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır”.


Şəbəkə genişləndirilir

Bildirilib ki, görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub:

“Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb. İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə işıqforlarda velosiped bölmələri yaradılır. Mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur.

Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib.

Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır.

Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib.

Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir”.

Aidiyyəti qurumların tabeliyindədir

Azərbaycan Tibb Universitetindən bildirilib ki, tədris ocağının ətrafında mikromobillik zolaqlarının salınması birbaşa universitetin təşəbbüsü və ya səlahiyyəti çərçivəsində deyil:

“Universitet ətrafında zolaqların salınması aidiyyəti qurumların tabeliyindədir".

Azərbaycan Pedaqoji Universitetindən verilən məlumata görə, artıq universitet ərtafında belə zolaqlar salınıb:

"Pedaqoji Universitetin əsas tədris binasının ətrafında artıq bir ildən çoxdur ki, velosiped və skuterlərin hərəkəti üçün xüsusi zolaqlar mövcuddur. Universitetin əsas girişinin qarşısında həm velosiped, həm də skuterlər üçün parklanma yerləri yaradılıb. Bu nəqliyyat vasitələrindən icarə əsasında istənilən tələbə və ya vətəndaş istifadə edə bilər”.


Qeyd edilib ki, bu zolaqlar universitet tərəfindən çəkilməyib, çünki həmin ərazilər universitetin mülkiyyətinə daxil deyil:

“Universitet yalnız öz kampusunun ərazisinə məsuldur. Kampus ərazisi geniş olduğu hallarda burada infrastrukturun qurulmasına universitet cavabdehlik daşıyır.

Hazırda Bakıda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində şəhər administrasiyası tərəfindən müxtəlif layihələr həyata keçirilir. Zolaqların çəkilməsi, parklanma yerlərinin yaradılması və skuter, velosipedlərin kirayə xidmətinin təklifi tələbələrin sıx toplaşdığı, iri universitetlərin yerləşdiyi ərazilərdə irəliyə doğru atılmış mühüm addımdır”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Suriya Prezidenti ABŞ-dadır

Suriya Prezidenti ABŞ-dadır

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisindən həyacan dolu VİDEOLAR

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Çinin bu avtomobili “Bugatti”nin rekordunu təzələdi - VİDEO

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Şəkərin əvəzedicisi TAPILDI

Şəkərin əvəzedicisi TAPILDI

Putin başına gələn hadisədən danışdı - VİDEO

Putin başına gələn hadisədən danışdı - VİDEO

End of content

No more pages to load

RADİO