“İkisi ağ, biri qara adamdır?”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və zabitləri məhkəmə qarşısına çıxarılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclas gərgin başlayıb.

Ramin Şükürovu üç tanınmış vəkil-Ceyhun Yusifov, Abbas Atakişiyev və Muxtar Mustafayev müdafiə edir.

Vəkillərdən birinin cinayət işi materialları ilə tanış olmaması səbəbindən iş məhkəmə baxışına verilməyib. Ramin Şükürov həbsdə, digərləri ev dustaqlığında mühakimə edilir. Prokuror qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib. İttiham tərəfinin bu təklifi vəkillərin etirazı ilə qarşılanıb. İttiham və müdafiə tərəfi arasında mübahisə yaranıb.

Ceyhun Yusifov müvəkkilinin həbsdə saxlanılmasına narazılıq edib. Vəkil etirazını belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin üçü də eyni maddələrlə ittiham olunur, amma biri həbsdə, digərləri azadlıqdadır.

Onun sözlərinə görə, R.Şükürov ağır xəstəlikdən əziyyət çəkir, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar qaydada müalicə alır:

“Müttəhimlərə fərqli münasibət ola bilməz. Ramin Şükürov da əvvəl ev dustaqlığında idi. Amma sonradan həbs edildi. Əsas da bu göstərilib ki, ittiham ağırlaşdırılıb. Onda prokuror vəsatət qaldırsın, digərləri barəsindəki ev dustaqlığı qətimkan tədbirini də həbslə əvəz edilsin. İkisi ağ, biri qara adamdır? Hesab edirəm ki, üçünün də statusu bərabərləşdirilməlidir. Ən əsası da şəxs ürək xəstəliyindən əziyyət çəkir. Hospitaldan alınmış həkim rəyini də məhkəməyə təqdim etmişik”.

Həm Şükürovun, həm digərlərinin vəkilləri vəsatəti müdafiə ediblər. Amma məhkəmə hazırki mərhələdə qətimkan tədbirinin dəyişdirilməməsinə qərar verib.

Hazırlıq iclasının davamı iyulun 11-nə təyin edilib. 
 

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilib.


Eks-rəis R.Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO