Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

İki ildir ardıcıl olaraq Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzalar nəticəsində Bakı şəhərinin yüz minlərlə sakini günlərlə susuz qalır. Bu il 16 iyun tarixində baş verən son qəzanın nəticələri dörd gün sonra aradan qaldırıldı. Sakinlərin su ilə təminatı bərpa edildi. Nəzərə alaq ki, sözügedən su kəmərinin inşası və istifadəyə verilməsi o qədər də uzaq keçmiş deyil.

Maraqlıdır, niyə Oğuz-Qəbələ-Bakı su kəmərində bu qədər tez zamanda ikinci problem yarandı? Bu qəzalar nədən qaynaqlanır? Belə qəza risklərinin minimuma endirilməsi üçün nə etmək olar?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Korroziyaya dayanıqlı, lakin həssas borular

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hər iki qəzanın səbəbi istifadə olunan materialdır: "Oğuz-Qəbələ-Bakı magistral su kəməri şüşə lifli (GRP) borularla inşa olunub. Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslıq xarakteri daşıyır. Bu səbəbdən bəzi hallarda istismar zamanı təsirlər və ya hidravlik gərginliklər nəticəsində lokal qəzalar baş verə bilər. Bundan əvvəlki qəzanın da səbəbi məhz bu idi".

"Aydınlaşmayan məqamlar mövcuddur"

Texnika üzrə fəlsəfə doktoru Aqşin Kərimov bildirdi ki, su kəmərində istifadə olunan material standartlara cavab versə də, aydınlaşmayan məqamlar mövcuddur: "Deyirlər ki, kəmər korroziyaya uğramaması üçün şüşə borularla çəkilib. Material olaraq su kəməri üçün tam uyğundur. Dünya standartlarında da bu borularla çəkilməsi nəzərdə tutulub. Lakin həmin borularla çəkilib-çəkilmədiyi müəmmalıdır, göstərilmir. Qəza nəyə görə hər il baş verir, bu da bilinmir. Sadəcə, "qəza olub" deyilir".

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə, heç bir halda qəzalardan tam sığortalanmaq mümkün deyil. Torpaqda baş verən hərəkətlərdən də təsirlənib, qəza ola bilər: "Hər il qəza baş verirsə, bəlkə də iş görülən zaman keyfiyyətə fikir verilməyib. Haradasa boşluq yaranıb ki, yüksək təzyiqlə gələn su qəzalara səbəb olur. Amma bu kəmər köhnə deyil.
Yeni istifadəyə verilib".

"Kəmərdə suyun təzyiqi yüksəkdir"

Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovun sözlərinə görə, suyun miqdarını azaldaraq qəzalardan sığortalana bilərik: "Qurumdan verilən açıqlamalarda da bildirildi ki, suyun keyfiyyətini saxlamaq məqsədilə boruların tikintisi zamanı şüşə lifli materiallardan istifadə olunub. Qəzaların tez-tez baş verməsinin səbəbi də məhz budur. Çünki şüşə lifli materiallar daha dözümsüzdür. Amma biz bu kəməri yenidən dəyişmək gücündə də deyilik. Kəmərdə istifadə olunan materiallar hava temperaturuna olduqca dayanıqlıdır. Bu da imkan verir ki, ilin bütün fəsillərində bu kəmərdən istifadə olunsun. Sadəcə, boruda suyun təzyiqini mümkün olan qədər azaltmaq lazımdır ki, qəzaların baş vermə riski azaldılsın. Bu kəmərdə su qravitasiya, yəni öz axını ilə axır. Bu baxımdan təzyiqin azaldılması problem yaratmamalıdır".

R.Abbasovun fikrincə, Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə alternativlər yaradaraq ona düşən yükü bir qədər azalda bilərik: "Tez-tez monitorinqlər keçirilməlidir ki, qəza baş verə biləcək yerlər müəyyən olunsun, öncədən müvafiq tədbirlər görülə bilinsin. Dayanıqlılığı təmin etmək üçün bu su kəmərinə əlavə mənbələrdən də sular qoşmaq olar. Lakin bunun üçün texniki dəyişikliklər edilməlidir. Həmin ərazidə xeyli sayda yerüstü su mənbələri mövcuddur. Məsələn, Mingəçevir su anbarından motor vasitəsilə su çəkilə bilər. Yaxud Qanıx çayından yönləndirmə ola bilər. Su anbarları yaradılmalı, oraya su ehtiyatı toplanılmalıdır. Belə olarsa, Bakının bütün ərazilərini su ilə təmin edə biləcəyik".

"Hər il qəza baş verirsə..."

İdarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimli də düşünür ki, monitorinqlər mütləqdir: "Hər hansı bir infrastrukturun qorunması üçün onun planlı şəkildə texniki qulluğu aparılmalıdır. Su xətti çəkiləndən sonra baxımsız qalacaqsa, bu zaman qəzalar da tez-tez baş verəcək. Kəmərin hər bir metrinə görə konkret plan olmalıdır ki, texniki qulluq necə aparılsın. Bu kəmərlə əhali su ilə təmin olunur. Nəzarət olmalıdır ki, həm suyun, həm də xidmətin keyfiyyəti artırılsın. Hər il qəza baş verirsə, səbəbi dərindən araşdırılmalıdır. Yoxsa "partladı, düzəltdik" yanaşması olmamalıdır. Baxılmalıdır ki, problem borudadırmı? Bəlkə texniki işlər zamanı ardıcıllığa düzgün riayət olunmayıb? Yaxud texniki qulluq gecikdirilir? Bunların araşdırılması üçün komissiya yaradılmalıdır".

Ekspertin fikrincə, hər il bu qədər suyun israf olunması ölkəmiz üçün təhlükəlidir:

"Su balansı yaradılmalıdır. Yeraltı, yerüstü suların planı olmalıdır. Hər hansı bir xətdə problem olduqda, alternativlər işə salınmalıdır. Belə olmadığı halda bu kimi problemlərlə su ehtiyatlarımız azalır. Boşa axan hər litr su gələcəyimizi təhlükə altına alır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Mayonezlə pomidor yesəniz nə baş verər?

Mayonezlə pomidor yesəniz nə baş verər?

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

Maşın almaq istəyənlərə mühüm XƏBƏR

Maşın almaq istəyənlərə mühüm XƏBƏR

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Polkovnik vəfat etdi - FOTO

Polkovnik vəfat etdi - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

End of content

No more pages to load

RADİO