Astara bazarında müharibə sükutu – Satıcılar zəng GÖZLƏYİR - REPORTAJ – FOTO

Astara gömrük-sərhəd buraxılışı məntəqsinin yaxınlığında yerləşən və əsasən İran istehsalı malların satıldığı bazarda durğunluq yaranıb. Nə illərlə piştaxtaların arxasında satış edən satıcıların, nə də oradakı qışqırıq səslərinin izi-tozu qalıb.  Günorta saat 12:00-dır. Burada nə mal boşaldan TIR görünür, nə alıcı izdihamı, nə də yüklə dolu kisələr... Mağazaların bir qismi bağlıdır. Açıq olanlarda isə tək-tük müştəri görünür ki, onlar da  səssizcə dükandan çıxır.

Ətrafda gördüyümüz ilk şəxsə - Zamiq adlı satıcıya yaxınlaşırıq. Arxası üstə yığılmış boş karton yeşikləri toplayan Zamiq mövcud vəziyyətdən gileylənib:

“Bir həftədir ki, yük gəlmir. Gömrükdən ancaq xaricilər keçib gəlir. Mal göndərişindən söhbət belə gedə bilməz. Nə varsa, müharibədən əvvəl gəlib anbarda qalandır”.



“Əvvəllər hər şey buradan alınırdı…”

Zamiqin mağazası əvvəllər yağdan sabuna, qənddən düyüyə qədər dolu olurdu. Deyir ki, İran məhsullarına alıcı öyrəşmişdi – həm ucuz, həm tanış idi.
 

“5 kiloluq düyünü 13 manata satırdıq, indi 17 manatdır. Qənd 1 manat 60 qəpik idi, indi 2 manatdan yuxarıdır. 1 kq kərə yağı 22 manata qalxıb. Hətta “Şah çayı” – 100 qramlıq – əvvəl 3.50 idi, indi 4 manatdır. Kimyəvi təmizləmə vasitələrinin çeşidi də azalıb. Qadınlar daha çox İran istehsalı olan kimyəvi təmizləmə məhsullarına üstünlük verirdilər, əlbəttə ki, ucuzluğuna görə. Qalan mallarda da 10-30 qəpik artım var”.


Ən pisi isə odur ki, bəzi məhsullar tamamilə yoxa çıxıb. Məsələn, pendir və süd məhsulları tam tükənib. Artıq son tarixli olanlar belə satılıb, yenisi isə gəlmir. Halbuki İran istehsalı pendirə tələbat az deyildi. 800 qramlıq İran pendirini alıcılar daha çox seçirdi. Bu məhsulun satışını həyata keçirən Çimnaz xanım deyir ki, malları şirkət vasitəsilə alırdı.

“Bu pendir 4.50 idi, indi 5 manata satılır. Dadı yaxşı olduğundan çox adam alırdı. Konservalar isə 10 qəpik bahalaşıb”.

Yaxınlıqda olan digər mağaza sahibinin sözlərinə görə əvvəllər həftədə 2-3 dəfə TIR gəlirdi. İndi TIR-lar dayanıb, şirkətlər də gözləmə rejiminə keçib:



“İranda vəziyyət qeyri-sabitdir. Anbarım boşdur, dükanı bağladım. Gözləyirəm…”

“Əlimizdə yalnız ümid qalıb…”

Alıcı Nigar xanım deyir ki, İran malları həm keyfiyyətli, həm də qiymət baxımından münasib idi.

“Əvvəllər hər şeyi buradan alırdım – qənd, sabun, düyü... Bütün ailəmiz bu məhsullara alışmışdı. İndi nə o məhsullar var, nə də büdcəyə uyğun qiymətlər...”

Bir az aralıda dayanan yaşlı kişi başını yelləyib əlavə edir:



“Əvvəllər gömrük tərəfdə səs-küy olardı, indi quş uçmur...

İran istehsalı ev-məişət əşyalarında isə elə böyük qiymət artımı yoxdur. Bunu həmin profilli mağazada köməkçi işləyən Əli deyir.

“Hələ ki, mal var. Stolüstü örtüklər bir az bahalaşıb, metri 2.50-dən 4 manata qədər dəyişir. Az-az satıldığı üçün məişət əşyaları elə də bahalaşmayıb”, deyə o, əlavə edib.

Müharibə sadə adamlara lazım deyil...

Zamiq bizi yenidən mağazasında qarşılayır. Üzündə bir qədər nikbinlik var. Deyir ki, İranla İsrail arasında atəşkəs barədə xəbər yayılsa da, hələ İranda internet bərpa olunmayıb və buna görə tərəfdaşlarla əlaqə saxlaya bilmir.



“Bizim ümidimiz var. Atəşkəs varsa, yük də gələ bilər. Amma hələ ki, gözləyirik. Hər şey bir zəngə, bir internetə bağlıdır”.

Vaxtı ilə Ələt-Astara magistralı boyunca ən azı 30-40 TIR maşını İrandan Rusiyaya və ya əksinə yük daşıyırdı. İndi isə o karvanlar görünmür.

Ticarəti zəifləmiş astaralı satıcılar “müharibə sadə adamlara lazım deyil...”, deyərək, gözləməkdən başqa yolları olmadığını dilə gətiriblər.












Sabutay, Bizim.Media Cənub bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğanı Nyu-Yorkda belə qarşıladılar - VİDEO

Ərdoğanı Nyu-Yorkda belə qarşıladılar - VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rövşən Əkbərov VƏFAT ETDİ

Rövşən Əkbərov VƏFAT ETDİ

Bu şəxslərə 2600 manat VERİLƏCƏK – Müraciət QAYDALARI – FOTO

Bu şəxslərə 2600 manat VERİLƏCƏK – Müraciət QAYDALARI – FOTO

Bakının mərkəzi yolları açıldı

Bakının mərkəzi yolları açıldı

Fransanın yeni səfirindən ilk MÜRACİƏT

Fransanın yeni səfirindən ilk MÜRACİƏT

“Biz heç vaxt nüvə silahından imtina etməyəcəyik” — Kim Çen İn

“Biz heç vaxt nüvə silahından imtina etməyəcəyik” — Kim Çen İn

Rusiya bu gecə də Ukraynaya dron zərbələri endirdi – FOTO/VİDEO

Rusiya bu gecə də Ukraynaya dron zərbələri endirdi – FOTO/VİDEO

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu - Fotolar

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu - Fotolar

İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanladı

Anasının dolabda gizlənən tanışını bıçaqlayan gəncə HÖKM OXUNDU

Anasının dolabda gizlənən tanışını bıçaqlayan gəncə HÖKM OXUNDU

Bakıda avtobusun döşəməsi çökdü, sərnişin son anda… - FOTO

Bakıda avtobusun döşəməsi çökdü, sərnişin son anda… - FOTO

5 dəqiqəyə yuxuya getməyin SİRLƏRİ

5 dəqiqəyə yuxuya getməyin SİRLƏRİ

Polis Oğuzda əməliyyat keçirdi - Bir ailənin üzvləri saxlanıldı – VİDEO

Polis Oğuzda əməliyyat keçirdi - Bir ailənin üzvləri saxlanıldı – VİDEO

Trampla Mask barışdı - VİDEO

Trampla Mask barışdı - VİDEO

Fermerlər gəlirdən, alıcılar orqanik məhsullardan MƏHRUM QALIR – Çözüm NƏDİR?

Fermerlər gəlirdən, alıcılar orqanik məhsullardan MƏHRUM QALIR – Çözüm NƏDİR?

Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?

Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?

GÜNÜN HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq

GÜNÜN HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq

Üç BÜRC üçün sınaq həftəsidir: onlara mühüm şans da veriləcək

Üç BÜRC üçün sınaq həftəsidir: onlara mühüm şans da veriləcək

Yasamalda yaşayış binasında güclü yanğın: 25 nəfər təxliyə edilib– VİDEO

Yasamalda yaşayış binasında güclü yanğın: 25 nəfər təxliyə edilib– VİDEO

Avropanın bu şəhərlərinə köçənlərə 50 min avro veriləcək

Avropanın bu şəhərlərinə köçənlərə 50 min avro veriləcək

Regiona soyuqlar gəlir: temperatur kəskin enəcək - Bizi nə gözləyir?

Regiona soyuqlar gəlir: temperatur kəskin enəcək - Bizi nə gözləyir?

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu

End of content

No more pages to load

RADİO