ADY və Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq sazişi imzalandı – FOTO

İyunun 24-də “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Turizm Bürosu (ATB) arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sazişi ATB tərəfindən İdarə Heyətinin sədr müavini Rəşad Əliyev, ADY tərəfindən isə sədr müavini Arif Ağayev imzalayıb.

Saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur. Əməkdaşlıq həmçinin turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını hədəfləyir.
 

ADY sədrinin müavini Arif Ağayev bildirib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək. O, həmçinin əməkdaşlığın regionlarda turizmin əlçatanlığını artıracağını, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndiriləcəyini və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyini vurğulayıb.


Birgə fəaliyyət planına əsasən, dəmiryol stansiyalarında turizm məlumat məntəqələri və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Eyni zamanda, regionlarda turist axınının rahatlığını təmin etmək məqsədilə qrup biletlərinin əlçatan edilməsi də nəzərdə tutulur.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev qeyd edib ki, bu tərəfdaşlıqla dayanıqlı turizmin inkişafına, regionlara səyahətin asanlaşdırılmasına və turistlərə unudulmaz təcrübələrin təqdim olunmasına töhfə vermək hədəflənir. Əməkdaşlıq çərçivəsində turizm sənayesi nümayəndələri ilə mütəmadi görüşlər, korporativ əməkdaşlığın genişləndirilməsi və qatar marşrutlarının tanıtımına dair çəkilişlərin təşkili də planlaşdırılır.

Qeyd edək ki, ADY Abşeron dairəvi, Bakı–Qəbələ, Bakı–Balakən və Bakı–Qazax kimi əsas marşrutlar üzrə sərnişin daşımalarını həyata keçirir və bu marşrutların tanıdılması məqsədilə tanıtım materiallarının yerli və beynəlxalq auditoriyaya təqdim olunması, həmçinin ADY-nin rezervasiya platformasının Azerbaijan.travel saytına inteqrasiyası və sistemlərin birgə işi nəzərdə tutulan fəaliyyətlər sırasındadır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nigar Fərhadın şirkətindən ŞİKAYƏT – “Xaricdə təhsil adı ilə pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

Nigar Fərhadın şirkətindən ŞİKAYƏT – “Xaricdə təhsil adı ilə pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

Balaəli 34 minlik saatı ilə gündəm oldu - VİDEO

Balaəli 34 minlik saatı ilə gündəm oldu - VİDEO

Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə HÖKM OXUNDU - FOTO

Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə HÖKM OXUNDU - FOTO

Bakı–Şamaxı–Yevlax yolunda təmir işləri nə vaxt aparılacaq?

Bakı–Şamaxı–Yevlax yolunda təmir işləri nə vaxt aparılacaq?

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə - Nələr baş verə bilər?

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə - Nələr baş verə bilər?

Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Prezidentdən prokurorların beynəlxalq konfransının iştirakçılarına MÜRACİƏT

Prezidentdən prokurorların beynəlxalq konfransının iştirakçılarına MÜRACİƏT

Ayaqqabıdakı qoxunun yaranmasının qarşısını necə almaq olar? - 4 QAYDA

Ayaqqabıdakı qoxunun yaranmasının qarşısını necə almaq olar? - 4 QAYDA

Rayonlarda ev və torpaq bahalaşdı – SƏBƏB

Rayonlarda ev və torpaq bahalaşdı – SƏBƏB

“Qızıl Top”un sahibi o OLACAQ

“Qızıl Top”un sahibi o OLACAQ

63 yaşlı qadın oğlundan da cavan kişiyə ərə getdi - FOTO

63 yaşlı qadın oğlundan da cavan kişiyə ərə getdi - FOTO

Müdafiə Nazirliyindən Ağdərə sakinlərinə ÇAĞIRIŞ: “Təşvişə düşməyin!” - FOTO

Müdafiə Nazirliyindən Ağdərə sakinlərinə ÇAĞIRIŞ: “Təşvişə düşməyin!” - FOTO

Rusiya NATO-ya yeni hücuma HAZIRLAŞIR – Hədəfdə iki ölkə VAR – ADLAR

Rusiya NATO-ya yeni hücuma HAZIRLAŞIR – Hədəfdə iki ölkə VAR – ADLAR

İlham Əliyev Qarabağın yaşıl enerji zonasının ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

İlham Əliyev Qarabağın yaşıl enerji zonasının ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

Səidə Bəkirqızı yenidən EFİRDƏ - VİDEO

Səidə Bəkirqızı yenidən EFİRDƏ - VİDEO

Yol Polisindən dumanlı hava ilə bağlı ÇAĞIRIŞ

Yol Polisindən dumanlı hava ilə bağlı ÇAĞIRIŞ

Prezident: Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb

Prezident: Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb

Yağıntılı hava BU TARİXƏDƏK davam edəcək

Yağıntılı hava BU TARİXƏDƏK davam edəcək

İlham Əliyev: “Ərazi bütövlüyümüz təmin olunandan sonra regionda uzunmüddətli sülhün əsası qoyuldu”

İlham Əliyev: “Ərazi bütövlüyümüz təmin olunandan sonra regionda uzunmüddətli sülhün əsası qoyuldu”

Emin Ağalarov: “See Breeze”nin ərazisi daha da genişlənəcək

Emin Ağalarov: “See Breeze”nin ərazisi daha da genişlənəcək

DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ

DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ

“Fənərbağça” “Kasımpaşa” səfərində xal itirdi – VİDEO

“Fənərbağça” “Kasımpaşa” səfərində xal itirdi – VİDEO

Ərdoğanı Nyu-Yorkda belə qarşıladılar - VİDEO

Ərdoğanı Nyu-Yorkda belə qarşıladılar - VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO