Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib – FOTO

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan Komitə sədri Rövşən Rzayev dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrini xatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir.

Sədr çıxışında Komitənin fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərlə işin xüsusi əhəmiyyətindən danışıb.

Bildirilib ki, bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçün Komitənin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır.
 

Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıq hissi ilə qeyd edilib.


Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı - Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Təltif edilən şəxslər onlara etimad göstərildiyi və fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlət başçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri və effektiv quracaqlarını qeyd ediblər.

Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib.

Sonda çıxış edən digər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda Azərbaycan məktəbi açılacaq

İstanbulda Azərbaycan məktəbi açılacaq

Filippində kütləvi etirazlar: 93 polis yaralandı - VİDEO

Filippində kütləvi etirazlar: 93 polis yaralandı - VİDEO

Tramp Qəzza ilə bağlı Nyu-Yorkda ərəb liderləri ilə sammit keçirəcək

Tramp Qəzza ilə bağlı Nyu-Yorkda ərəb liderləri ilə sammit keçirəcək

Netanyahudan sərt BƏYANAT: “Fələstin dövləti olmayacaq” - VİDEO

Netanyahudan sərt BƏYANAT: “Fələstin dövləti olmayacaq” - VİDEO

Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi

Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi

KXDR-in yeni gizli silahları var? - Kim Çen İndən AÇIQLAMA

KXDR-in yeni gizli silahları var? - Kim Çen İndən AÇIQLAMA

Kreml bu ölkədə seçkilərə müdaxilə etməyə hazırlaşır – GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Kreml bu ölkədə seçkilərə müdaxilə etməyə hazırlaşır – GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Sabahın havası: Bəzi yerlərdə yağış yağacaq

Sabahın havası: Bəzi yerlərdə yağış yağacaq

Evdən çıxmazdan əvvəl mütləq bu cihazı söndürün

Evdən çıxmazdan əvvəl mütləq bu cihazı söndürün

“Kəpəz” Adil Şükürovu istefaya GÖNDƏRDİ

“Kəpəz” Adil Şükürovu istefaya GÖNDƏRDİ

Tələbə və təqaüdçülərə gedişhaqları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Tələbə və təqaüdçülərə gedişhaqları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

SON DƏQİQƏ! Xüsusi karantin rejiminin müddəti UZADILDI

SON DƏQİQƏ! Xüsusi karantin rejiminin müddəti UZADILDI

Zaqatalada ağır qəza – YARALI VAR

Zaqatalada ağır qəza – YARALI VAR

"Ödənişli zonalar ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq” – AYNA

"Ödənişli zonalar ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq” – AYNA

Gəncə sakinlərinin DİQQƏTİNƏ – Avtobusda gediş haqları ilə bağlı YENİLİK – FOTO

Gəncə sakinlərinin DİQQƏTİNƏ – Avtobusda gediş haqları ilə bağlı YENİLİK – FOTO

Həsənriz kəndinə növbəti köç karvanı yola salındı - FOTO

Həsənriz kəndinə növbəti köç karvanı yola salındı - FOTO

Qumral: "İrandan filmə çəkilmək təklifi almışdım, ancaq ərim…”

Qumral: "İrandan filmə çəkilmək təklifi almışdım, ancaq ərim…”

Bakıda gecə klubunun fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda gecə klubunun fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Xaricdə təhsillə bağlı ŞİKAYƏT – “Pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

Xaricdə təhsillə bağlı ŞİKAYƏT – “Pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

Balaəli 34 minlik saatı ilə gündəm oldu - VİDEO

Balaəli 34 minlik saatı ilə gündəm oldu - VİDEO

Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə HÖKM OXUNDU - FOTO

Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə HÖKM OXUNDU - FOTO

Bakı–Şamaxı–Yevlax yolunda təmir işləri nə vaxt aparılacaq?

Bakı–Şamaxı–Yevlax yolunda təmir işləri nə vaxt aparılacaq?

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə - Nələr baş verə bilər?

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə - Nələr baş verə bilər?

End of content

No more pages to load

RADİO