BİZİM TƏQVİM: 24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR

24 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli bayrağı 1918-ci ilin 9 noyabrında qəbul olundu.

Bəs, iyunun 24-də dünyada daha hansı hadisələr baş verib?

1. Şimali Çin, Orta Asiya, Qafqaz ərazisi və Rusiya torpaqlarını tutduqdan sonra monqol qoşunları 1241-ci ilin 24 iyunundan Karpat dağlarını aşaraq Mərkəzi Avropaya hücum etdilər. Polşa və Çexiyada müqavimətlə üzləşmələrinə baxmayaraq monqollar cənub istiqamətində irəlilədilər və Adriatik dənizinin sahillərinə qədər çatdılar. Yalnız Qaraqorumda böyük xan Ugedeyin ölüm xəbərindən sonra monqol qoşunları geri qayıtmağa məcbur oldular.

2. 1812-ci ilin 24 iyunundan Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu Rusiyaya hücum etdi. 

3. 24 iyun 1863-cü ildə İsveçrəli Henri Dünan tərəfindən Qırmızı Xaç Cəmiyyətinin təməli qoyulub. Cəmiyyət 1869-cu ildən etibarən bütün dünyada yaralılarla yanaşı, daşqın, zəlzələ, epidemiya, aclıq və s. fəlakətlərin qurbanlarına da yardım etməyə başlayıb.

4. Azərbaycan Demokratik Respublikası hökumətinin 1918-ci il 24 iyun tarixli qərarına görə, əhali və ordunun zəruri ərzaqla təmin edilməsi məqsədilə Ərzaq Nazirliyinin müvafiq sərəncamı olmadan istər zəruri ərzaq məhsulları, istərsə də ümumiyyətlə, hər hansı yükün Azərbaycanın hüdudlarından kənara çıxarılması qadağan edildi. Bununla da bu dövrdə taxıl, un və bişmiş çörəyin möhtəkirlik məqsədilə alınıb-satılmasına yasaq qoyuldu. 

5. 24 iyun 1938-ci ildə I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Deputatların 72-si qadınlar idi. Kommunist Partiyasının bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet qanunverici orqan olaraq formal fəaliyyət göstərirdi.

6. Sovet xalqının alman faşizmi üzərində qələbəsi münasibətilə 1945-ci il iyunun 24-də paytaxt Moskvanın Qızıl Meydanında qələbə paradı keçirildi. Parada 3 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş marşal Georgi Jukov rəhbərlik edirdi. 

7. 24 iyun 1948-ci ildə Şərqi Berlini işğal edən Sovet Rusiyası ABŞ, İngiltərə və Fransanın nəzarətində olan Qərbi Berlinin xarici dünya ilə bütün yol əlaqələrini kəsdi. Blokadaya qarşı müttəfiqlər də hava dəhlizi yaratdılar, əhalinin qida və digər ehtiyaclarını ödəməyə başladılar.Berlin üzərində Sovet blokadası 11 ay davam etdi.

8. 1961-ci il 24 iyunda Almaniya Federativ Respublikası ilə Türkiyə arasında ilk əmək müqaviləsi imzalandı. Bu razılaşmaya əsasən, Türkiyədın işçi qrupu Almaniyaya yola düşdü.

9. 24 iyun 1993-cü ildə Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib.

10. İyunun 24-ü maşınqayırma sənayesi işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamı ilə hər il iyunun 24-ü Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd edilir.

24 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın klassik şairi Əbül-Üla Gəncəvi 1092-ci ilin bu günü dünyaya gəlib. 44 yaşında Şirvanşahlar sarayına dəvət olunması ona böyük nüfuz qazandırıb və o, məlik-üş-şüəra adını alıb.

2. Azərbaycanlı alim və pedaqoq Əliheydər Həşimov 1921-ci il 24 iyunda anadan olub.

3. 24 iyun 1901-ci ildə İspaniya rəssamı, heykəltəraş, qrafik, keramist və dizayner, XX əsr incəsənətinin tanınmış nümayəndələrindən olan Pablo Ruiz Pikassonun (1881–1973) əsərləri ilk dəfə nümayiş etdirilib. 

4. 1959-cu ilin bu günündə Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar İncəsənət Xadimi Abdulla Şaiq vəfat edib (1881-1959).

5. Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin rəhbəri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyədə vəfat edib, Bakıdakı Fəxri Xiyabanda torpağa tapşırılıb.

6. 24 iyun 1953-cü ildə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyev anadan olub(1953–1992). 1992-ci il fevralın 25-də Ə.Hacıyev Xocalı səhərinin müdafiəsi uğrunda qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

7. Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri.Nəcəf Nəcəfov 24 iyun 1955-ci ildə dünyaya gəlib.

8. Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyev 24 iyun 1975-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda Azərbaycan məktəbi açılacaq

İstanbulda Azərbaycan məktəbi açılacaq

Filippində kütləvi etirazlar: 93 polis yaralandı - VİDEO

Filippində kütləvi etirazlar: 93 polis yaralandı - VİDEO

Tramp Qəzza ilə bağlı Nyu-Yorkda ərəb liderləri ilə sammit keçirəcək

Tramp Qəzza ilə bağlı Nyu-Yorkda ərəb liderləri ilə sammit keçirəcək

Netanyahudan sərt BƏYANAT: “Fələstin dövləti olmayacaq” - VİDEO

Netanyahudan sərt BƏYANAT: “Fələstin dövləti olmayacaq” - VİDEO

Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi

Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi

KXDR-in yeni gizli silahları var? - Kim Çen İndən AÇIQLAMA

KXDR-in yeni gizli silahları var? - Kim Çen İndən AÇIQLAMA

Kreml bu ölkədə seçkilərə müdaxilə etməyə hazırlaşır – GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Kreml bu ölkədə seçkilərə müdaxilə etməyə hazırlaşır – GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Sabahın havası: Bəzi yerlərdə yağış yağacaq

Sabahın havası: Bəzi yerlərdə yağış yağacaq

Evdən çıxmazdan əvvəl mütləq bu cihazı söndürün

Evdən çıxmazdan əvvəl mütləq bu cihazı söndürün

“Kəpəz” Adil Şükürovu istefaya GÖNDƏRDİ

“Kəpəz” Adil Şükürovu istefaya GÖNDƏRDİ

Tələbə və təqaüdçülərə gedişhaqları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Tələbə və təqaüdçülərə gedişhaqları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

SON DƏQİQƏ! Xüsusi karantin rejiminin müddəti UZADILDI

SON DƏQİQƏ! Xüsusi karantin rejiminin müddəti UZADILDI

Zaqatalada ağır qəza – YARALI VAR

Zaqatalada ağır qəza – YARALI VAR

"Ödənişli zonalar ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq” – AYNA

"Ödənişli zonalar ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq” – AYNA

Gəncə sakinlərinin DİQQƏTİNƏ – Avtobusda gediş haqları ilə bağlı YENİLİK – FOTO

Gəncə sakinlərinin DİQQƏTİNƏ – Avtobusda gediş haqları ilə bağlı YENİLİK – FOTO

Həsənriz kəndinə növbəti köç karvanı yola salındı - FOTO

Həsənriz kəndinə növbəti köç karvanı yola salındı - FOTO

Qumral: "İrandan filmə çəkilmək təklifi almışdım, ancaq ərim…”

Qumral: "İrandan filmə çəkilmək təklifi almışdım, ancaq ərim…”

Bakıda gecə klubunun fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda gecə klubunun fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Xaricdə təhsillə bağlı ŞİKAYƏT – “Pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

Xaricdə təhsillə bağlı ŞİKAYƏT – “Pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

Balaəli 34 minlik saatı ilə gündəm oldu - VİDEO

Balaəli 34 minlik saatı ilə gündəm oldu - VİDEO

Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə HÖKM OXUNDU - FOTO

Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə HÖKM OXUNDU - FOTO

Bakı–Şamaxı–Yevlax yolunda təmir işləri nə vaxt aparılacaq?

Bakı–Şamaxı–Yevlax yolunda təmir işləri nə vaxt aparılacaq?

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə - Nələr baş verə bilər?

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə - Nələr baş verə bilər?

End of content

No more pages to load

RADİO