Mayda su ilə bağlı 4 766 nöqsan aşkar edildi - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) monitorinq sektorunun müdiri Elmar Orucov sosial media vasitəsilə yayımlanan videohesabatda 2025-ci ilin may ayında həyata keçirilən monitorinqin nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, qurum rəsmisinin məlumatına əsasən, ötən ay ölkə üzrə ümumilikdə 4766 nöqsan qeydə alınıb.

Bu da aprel ayı ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur. Belə ki, aprel ayında 1941 nöqsan aşkar edilmişdi. Aşkarlanan nöqsanlara əsasən su mənbələrinin çirkləndirilməsi, su mühafizə zonalarının zəbt olunması və ya zibillənməsi, su təsərrüfatı obyektlərinə qanunsuz qoşulmalar və digər oxşar hallar daxildir.

Elmar Orucov bildirib ki, aparılan monitorinqlər nəticəsində aşkarlanan nöqsanların təxminən 15 faizi vətəndaşların öz təşəbbüsü ilə aradan qaldırılıb. Digər halların həlli istiqamətində isə Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 4 iyun tarixli 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görüləcək.

Qurum rəsmisi əlavə edib ki, ölkənin su təhlükəsizliyinin təmin olunması, keyfiyyətli içməli və suvarma suyuna çıxışın təmin edilməsi, habelə ədalətli su paylanmasının həyata keçirilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən respublika ərazisində mütəmadi monitorinqlər aparılır.

Videohesabatda vətəndaşlara su ehtiyatlarından səmərəli istifadə etmələri, su israfçılığına yol verməmələri, su mənbələrini çirkləndirməmələri tövsiyə edilib. Həmçinin belə hallarla qarşılaşdıqda əvvəlcə maarifləndirmə, bu yetərli olmadıqda isə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə məlumat verilməsi çağırışı edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində yeni virus YAYILIR

Çində yeni virus YAYILIR

Türkiyədə güclü partlayış: Ölən və yaralılar var - VİDEO

Türkiyədə güclü partlayış: Ölən və yaralılar var - VİDEO

SON DƏQİQƏ! Həyəcan siqnalı ilə bağlı Bakı aeroportundan AÇIQLAMA

SON DƏQİQƏ! Həyəcan siqnalı ilə bağlı Bakı aeroportundan AÇIQLAMA

Bakıda sərnişin avtobusunda qorxulu anlar - Hərəkətdə olan zaman TƏKƏRİ PARTLADI – VİDEO

Bakıda sərnişin avtobusunda qorxulu anlar - Hərəkətdə olan zaman TƏKƏRİ PARTLADI – VİDEO

Tələbə yoldaşına qayçı ilə xəsarət yetirən şəxs SAXLANILIB – TƏFƏRRÜAT

Tələbə yoldaşına qayçı ilə xəsarət yetirən şəxs SAXLANILIB – TƏFƏRRÜAT

Bakı metrosunda PROBLEM: Qatar gecikdi

Bakı metrosunda PROBLEM: Qatar gecikdi

Əhaliyə XƏBƏRDARLIQ: Sabah saat 10:00-dan...

Əhaliyə XƏBƏRDARLIQ: Sabah saat 10:00-dan...

“Fəvvarələr meydanı”nda sərxoş halda skuter sürən şəxs HƏBS EDİLDİ

“Fəvvarələr meydanı”nda sərxoş halda skuter sürən şəxs HƏBS EDİLDİ

Böyükşor gölünün ətrafı ilə bağlı - 5 milyard dollarlıq müqavilə

Böyükşor gölünün ətrafı ilə bağlı - 5 milyard dollarlıq müqavilə

Azərbaycanda işsiz qadınların sayı niyə ARTIR? – MÜHÜM AÇIQLAMA

Azərbaycanda işsiz qadınların sayı niyə ARTIR? – MÜHÜM AÇIQLAMA

Xaçmazda DƏHŞƏT – Tələbə yoldaşına qayçı ilə xəsarət YETİRDİ

Xaçmazda DƏHŞƏT – Tələbə yoldaşına qayçı ilə xəsarət YETİRDİ

“Hamı yazdı ki, Aysunun sevgilisi var” - VİDEO

“Hamı yazdı ki, Aysunun sevgilisi var” - VİDEO

Maşın yoxdur, amma 24 saatlıq restoran var...

Maşın yoxdur, amma 24 saatlıq restoran var...

Mabel Matizə cinayət işi açıldı – VİDEO

Mabel Matizə cinayət işi açıldı – VİDEO

“Səbail”dən növbəti legioner TRANSFERİ

“Səbail”dən növbəti legioner TRANSFERİ

Şəkər xəstəsi müayinəyə getdi, kardioloq və qastroenteroloqun pullarını oğurladı

Şəkər xəstəsi müayinəyə getdi, kardioloq və qastroenteroloqun pullarını oğurladı

Qusarda palçıq SELİ – Kənd sakinləri TƏHLÜKƏ ALTINDA – VİDEO

Qusarda palçıq SELİ – Kənd sakinləri TƏHLÜKƏ ALTINDA – VİDEO

Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi – FOTO

Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi – FOTO

“Adnan Əhmədzadə keysi”nin formalaşmasında Rusiyanın maraqları

“Adnan Əhmədzadə keysi”nin formalaşmasında Rusiyanın maraqları

Bakının bu kəndi yeniləndi

Bakının bu kəndi yeniləndi

Məşhur futbolçu karyerasını BAŞA VURUR

Məşhur futbolçu karyerasını BAŞA VURUR

Vergi uçotuna alınmayanların NƏZƏRİNƏ: Oktyabrın 1-dən...

Vergi uçotuna alınmayanların NƏZƏRİNƏ: Oktyabrın 1-dən...

Tanınmış aparıcı özündən 20 yaş kiçik xanımla evləndi - FOTO

Tanınmış aparıcı özündən 20 yaş kiçik xanımla evləndi - FOTO

Astarada torpaq SÜRÜŞMƏSİ: Sitrus ağacları və toyuqlar torpaq altında qaldı – FOTO

Astarada torpaq SÜRÜŞMƏSİ: Sitrus ağacları və toyuqlar torpaq altında qaldı – FOTO

End of content

No more pages to load

RADİO