Bir müddət öncə qəflətən dünyasını dəyişən tanınmış musiqiçi, Azərbaycanda ilk mistik musiqi qrupunun yaradıcısı Novruz Novruzlu bu gün yad ediləcək.xa0
Tanınmış musiqiçinin xatirəsi bu gün Rəşid Behbudov adına Mahnı Teatrında anılacaq.xa0
Tədbirin təşkilatçılarından Moderator.az-a verilən məlumata görə, anım tədbiri özünün yaradıcı özəllikləri ilə seçiləcək:
“Novruz müəllimi əsasını qoyduğu “Savalan” qrupu və sənət dostları, yaxınları bu gün Mahnı Teatrında yad edəcək. Əsasən, musiqi parçalarından –“Savalan” qrupunun ifa etdiyi ilahilər – konsertin özəyini təşkil edəcək.xa0 Elə Novruz müəllimin öz ifasından da musiqilər səsləndiriləcək.xa0
Daha sonra Novruz müəllim haqqında qısa film nümayişxa0 etdiriləcək. Qısa sənədli filmdə tanınmış ictimai şəxslərin, mədəniyyət adamlarının Novruz Novruzlu barəsindəki ürək sözləri yer alacaq”.
Tədbirin rejissoru Mirsahibxa0 Ağazadənin sözlərinə görə, konsertdə maraqlı məqamlardan biri də mərhum sənətkarın oğlu Bürhanın atasının şərəfinə səsləndirəcəyi skripka ifası olacaq.xa0
Həmçinin, ölkənin tanınmış sənət adamları musiqi töhfələrini əsirgəməyəcəklər.xa0
Eləcə də, aktyorların ifasında kiçik səhnəcik oynanılacaq.