Sənədsiz evlərdə yaşayanlara BƏD XƏBƏR – 800 min ev...

Azərbaycanda xeyli sayda evlərin sənədi yoxdur. Bu mövzu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında yenidən müzakirə olunub. Məsələyə toxunan deputat Arzuxan Əlizadə təkcə Bakıda 500 mindən çox sənədsiz evin olduğunu deyib. O, bildirib ki, bu tip evlər həm də sığortalana bilmir. Bu da vətəndaşlara problem yaradır.
 

Bildiyimiz kimi, sənədsiz evlərin qeydiyyata alınması və amnistiya olunması ilə bağlı müxtəlif addımların atılması gündəmdədir. İlkin addım kimi həmin tikililərin təyin olunaraq qeydiyyata alınması nəzərdə tutulub. Bu məqsədlə yeni elektron portalın vətəndaşların istifadəsinə veriləcəyi qeyd olunmuşdu.


Lakin görünən odur ki, hələki problem həllini tapmayıb.

Məsələ barədə Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu əmlaklar çox müxtəlif kateqoriyalıdır, son yüz ilin müxtəlif vaxtlarında ərsəyə gəliblər:

“Bəzi əmlakların ilkin sənədlərinin qeydiyyata alınması ilə bağlı bir əsas var, sadəcə, onun təkmilləşməsi lazımdır. Ümumiyyətlə, heç bir sənədi olmayan əmlakın leqallaşması və gələcəkdə amnistiya məsələləri qanunlarda ciddi dəyişikliklərin aparılmasına səbəb yaradır. Ciddi dəyişikliklər olmalıdır, çünki bunun üçün normativ yoxdur. Sənəd dedikdə hər hansı bir arayış, sərəncam və digər hüquqi əsaslı sənəd ola bilər. Ona görə ki, son yüz il ərzində müxtəlif qurumlar tərəfindən vətəndaşa müxtəlif sənədlər verilib. Böyük həcmini bələdiyyə sənədləri təşkil edir. Bəziləri keçərlidir, bəziləri isə keçərli deyil”.

Ekspert bildirib ki, bu böyük prosesdir və tədricən aparılmalıdır:

“Ölkə başçısının 2015-ci ildə imzaladığı “Daşınmaz əmlakın qeydiyyatının yaxşılaşdıırlması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, Daşınmaz Əmlak Dövlət Reyestrinin Xidməti müəyyən olunmuşdu və daşınmaz əmlakları qeydiyyata ala bilər. Mənim fikrimcə, hazırkı vəziyyətdə qanunvericilik həmin siyahını genişləndirməyə yalnız yol verir, bunun üçün hüquqi əsas yaranır. Bununla bağlı 2022-ci ildə yenə də əlavələr olmuşdu.

O ki qaldı ölkədə olan təxmini rəqəmlərə görə, 700-800 min leqallaşmayan əmlakların dövlət qeydiyyatına alınması, onların sənədləşmə prosesi, amnistisiyası məsələsinə, bu, çox böyük prosesdir və tədricən aparılmalıdır. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Ədliyyə Nazirliyi ilə birgə iki il öncə bir portal yaratmaq niyyətində idilər ki, gələcəkdə bu portaldan bütün daşınmaz əmlak əməliyyatlarını həyata keçirə bilsinlər. İki il üstündən keçib amma hələ də irəliləyiş yoxdur”.


O, vurğulayıb ki, qanunla icazə verilməyən yerlərdə tikilən əmlakların leqallaşması mümkün olmayacaq:

“Yəni dəmir yol xətlərinə 60 metrdən yaxın, su höfzələrinə, magistral yollara, kommunikasiya xətlərinin altında və üstündə olan evlər birmənalı olaraq leqallaşmayacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

SON DƏQİQƏ: Xəzərdə zəlzələ oldu

SON DƏQİQƏ: Xəzərdə zəlzələ oldu

“Gəlinimə sual verdim, cavab vermədən öldürdüm”

“Gəlinimə sual verdim, cavab vermədən öldürdüm”

End of content

No more pages to load

RADİO