Gözəllik uğrunda daha bir ÖLÜM – “Mərcan” klinikasının qalmaqallı həkimi SAXLANILDI - ÖZƏL

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Mərcan” klinikasında plastik əməliyyat zamanı ölüm hadisəsi baş verib. Belə ki, Rusiya vətəndaşı, 37 yaşlı Arzu Sadıqova “Mərcan” klinikasının ümumi cərrahı, eyni zamanda “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra dünyasını dəyişib.

Əməliyyatdan iki gün sonra həyatını itirdi…

Vəfat edən pasientin ailəsi Bizim.Media-ya açıqlamasında Arzu Sadıqovanın ölümündə həkimi günahlandırıb. Mərhumun bacısı bildirib ki, Arzu Sadıqova iyunun 12-də abdominoplastika və liposaksiya əməliyyatı keçirib. Bir gün sonra səhhəti qəfil pisləşib və o, yenidən əməliyyata alınıb. Daha sonra xəstə komaya düşüb. Komadan ayılandan sonra güclü daxili qanaxma baş verib və həyatını itirib.

Ailənin iddiasına görə Arzu Sadıqovanın heç bir xəstəliyi olmayıb və əməliyyatdan bir gün əvvəl lazımi analizlərdən keçib.

Məsələ ilə bağlı həkim Nigar Məmmədova ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, “qarşı tərəfdən səhv düşmüsüz” deyə cavablar aldıq.

“Ölüm” saçan klinikanın reklam işlərini tanınmış akytor həyata keçirir…

Bu dəfə “Mərcan” klinikasına müraciət etdik. Klinikadan saytımıza az sonra əlaqə saxlanılacağı bildirildi.

Bir qədər sonra aktyor və qiraətçi kimi tanıdığımız Kamran Ağabalayev geri dönüş edib, nə ilə maraqlandığımızı sorğuladı. Məsələni qeyd edəndən sonra Kamran Ağabalayev həkimin açıqlamasını təqdim etdi.

Sonradan öyrəndik ki, Kamran Ağabalayev “Mərcan” klinikasının media və reklam işlərini həyata keçirir.

Nigar Məmmədova səhvini etiraf edib?

Baş verən hadisə ilə bağlı həkim Nigar Məmmədovanın açıqlamasında isə bunlar qeyd olunub:

“Pasientdə aparılan “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominaplastika“ əməliyatından sonra pasiyentimizdə, tibbdə tanınan ağırlaşma — emboliya halı müşahidə olunub. "Aparılan “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominaplastika“ əməliyatından sonra pasiyentimizdə, tibbdə tanınan ağırlaşma — emboliya halı müşahidə olunub. Bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Bu ağır itkini böyük üzüntü ilə qarşılayır, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Əməliyyat müvafiq tibbi protokollara  uyğun şəkildə icra olunub. Hadisənin dəqiq səbəbləri aparılacaq müvafiq ekspertizadan sonra tam müəyyən ediləcək. Pasiyentlərin təhlükəsizliyi və sağlamlığının qorunması bizim üçün daim prioritet məsələdir və prioritet olaraq da qalacaq”, - deyə açıqlamada qeyd olunub.

Həkim saxlanılıb?

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin "Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb.

Ailədən Bizim.Media-ya bildirilib ki, “Mərcan” klinikasının ümumi cərrahı Nigar Məmmədova saxlanılıb. Amma bu məlumat rəsmi təsdiqlənməyib.

Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə sorgu göndərilsə də, hələki açıqlama verilməyib.

Qurbanlar…

Qeyd edək ki, Nigar Məmmədovanın Arzu Sadıqova kimi qurbanlarının sayı çoxdur.

Bu ilin fevralında Bakı sakini Günay Məmmədovanı plastik əməliyyat edib. Buna əgər plastik əməliyyat demək olarsa…Pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb və nəfəs alması çətinləşib. Bir ay ərzində xəstəni iki dəfə əməliyyata salıblar, ona deyilmədən həyati əhəmiyyətli orqanlarına müdaxilə (qabırğama) olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb.

“Mərcan” klinikasına gəlincə isə bu xəstəxana  səsküylü ölüm halları ilə bir müddətdir ki, gündəmdədir.  

2024-ci ilin dekabrında  idman zalının həyətindən meyiti tapılan bloger Nərmin Bəylər qızı İsgəndərovanın "Mərcan Medicare" klinikasında əməliyyat olunduğu məlum olmuşdu. 

Sözügedən klinikada ikinci eyni hadisə isə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib. 

O, yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunub. Daha sonra xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib. 

“Mərcan” klinikasının rəhbəri kimdir?

Bəzi mənbələr klinikanın keçmiş Milli Məclisin sədri Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğunu iddia etsələr də, bu məlumatın doğruluğu təsdiqlənməyib.

Klinikanın rəhbəri isə anestezioloq-reanimatoloq Araz Ağayevdir. 2024-cü ilin dekabrında bloqer Nərmin İsgəndərovanın ölümündən sonra Səhiyyə Nazirliyi araşdırma apararaq klinikanı cərimələmişdi.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

End of content

No more pages to load

RADİO