“Son zəng”in azad Qarabağda qeyd olunması qürurvericidi” – Nazir müavini

Bu gün Xankəndidən, Xocalıdan, Cəbrayıldan, Şuşa məktəbindən məzunlarımız var.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli müsahibəsində deyib.

O, qeyd edib ki, bu gün, həqiqətən, bütün ölkə üçün təhsil bayramıdır:

“Biz Azərbaycan vətəndaşlarını artıq müstəqil həyata hazırlayıb yola salırıq. Onlara uğurlar arzu edib təbrik edirik. Bizim üçün də xüsusilə qürurverici gündür ki, bu bayram həm də azad olan Qarabağda qeyd olunur.

Bu gün Xankəndi məktəbində, Xocalı məktəbində, Cəbrayıl məktəbində, Şuşa məktəbində məzunlarımız var və bu günləri görmək bizə qismət olub. Özümüzü xoşbəxt nəsil hesab edə bilərik. Buna sevinməkdə, həqiqətən də, bizim haqqımız var və mən bu münasibətlə bütün müəllimləri, valideynləri, pedaqoji kollektivi, təhsil işçilərini təbrik edir, onlara uğurlar arzu edirik”.

Qarabağın 4 məktəbində məzun tədbiri keçirildiyini qeyd edən Həsən Həsənli bildirib ki, gələcəkdə daha çox sayda gəncimizi orada təbrik edə biləcəyik:

“Baxın, torpaqlarımızın azad olunmasından cəmi 5 il sonra artıq həmin ərazilərdə məktəb infrastrukturunun mövcudluğu, Azərbaycanın milli təhsil standartlarının və proqramlarının tətbiq olunması, eyni zamanda ilk məzunların olması və qeyd edilməsi bizim üçün xüsusi rəmzi məna daşıyır. Biz buna böyük sevinc və qürur hissi ilə yanaşırıq. Əminəm ki, həmkarlarım da bu gün həmin şagirdlərlə, həmin kollektivlərlə birlikdə bu əlamətdar günü qeyd edirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Laçın şəhərinə növbəti köç karvanı yola salındı – FOTO

Laçın şəhərinə növbəti köç karvanı yola salındı – FOTO

BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

Türkiyə klubu məşhur futbolçu ilə danışıqlara BAŞLADI

Türkiyə klubu məşhur futbolçu ilə danışıqlara BAŞLADI

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

End of content

No more pages to load

RADİO