Xərçəng kişiləri daha çox ÖLDÜRÜR – QORXUNC STATİSTİKA

Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narahatlıq doğurur. Təkcə ötən il bu diaqnozla ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. 5 min 546 nəfəri kişi, 4 min 135 nəfəri isə qadın olub. Statistika göstərir ki, kişilər arasında ölüm halları daha yüksəkdir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı haqqında dəqiq statistik məlumat mövcud deyil. Ancaq 2023-cü ildə ümumilikdə 18,462 yeni xərçəng xəstəsi qeydə alınıb, bu da 2022-ci illə müqayisədə 24% artım deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Azərbaycanda xərçəngdən ölənlərin sayı açıqlandı



Səhiyyə naziri Teymur Musayev də Azərbaycanda xərçəngdən ölüm hallarının artması məsələsindən danışıb. Onun sözlərinə görə, artım təkcə Azərbaycanda deyil, qlobal miqyasda da müşahidə olunur. O, Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə dünyada 20 milyon nəfər xərçəngə yeni yoluxub.

Nazir bu vəziyyətin əsas səbəbləri kimi əhalinin yaşlanması, ətraf mühitin çirklənməsi və həyat tərzindəki dəyişiklikləri göstərib. Onun fikrincə, bu faktorlar xəstəliyin yayılmasında ciddi rol oynayır.

Maraqlıdır,  kişilər arasında ölüm hallarının daha çox olmasının səbəbi nədir? Xərçəng xəstəliyinin artım tempi Azərbaycanda səhiyyə sisteminə hansı çağırışları edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov bu sahədəki real vəziyyəti dəyərləndirib:

“Xərçəng xəstəliyi yalnız ölkəmizdə deyil, bütün dünyada sürətlə yayılır. Bunun bir çox səbəbi var. Ən əsas səbəb isə qidalanmadır. Hava çirkliliyi, tütün və elektron siqaretlərdən istifadə, fastfood qidalar, qazlı içkilər, hərəkətsizlik və artıq çəki bu xəstəliyin yayılmasında mühüm rol oynayır. Təəssüf ki, çöldə yeməyə üstünlük verilməsi, həmin qidalardakı karsinogen maddələr riskləri artırır. Son 6 ayın statistikasına əsasən, artıq xərçəng ürək-damar xəstəliklərini geridə qoyaraq birinci yerə yüksəlib. Digər mühüm faktor isə genetik meyillilikdir.”

Ekspertlərin fikrincə, mövcud vəziyyət səhiyyə sisteminə ciddi təzyiq yaradır.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Laçın şəhərinə növbəti köç karvanı yola salındı – FOTO

Laçın şəhərinə növbəti köç karvanı yola salındı – FOTO

BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

Türkiyə klubu məşhur futbolçu ilə danışıqlara BAŞLADI

Türkiyə klubu məşhur futbolçu ilə danışıqlara BAŞLADI

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

End of content

No more pages to load

RADİO