Azərbaycanda turizm sektorunun İNKİŞAF PERSPEKTİVLƏRİ

Qlobal iqtisadiyyatı sarsıdan pandemiyadan sonra dünyada turizm potensialı artan xətt üzrə inkişaf etməyə başlayıb. Burda əsas amillərdən biri həm də son illər ərzində dünyada turizmə marağın artmasıdır. Müşahidələr də göstərir ki, bir çox cəmiyyətlərdə turizm mədəniyyəti sürətlə yüksəlir. Qlobal siyasi və ekoloji böhran turizmə mənfi təsir etsə də, sosial inkişaf, iqtisadi artım və nəticədə cəmiyyətin ehtiyacları bu sektorun perspektivlərini şərtləndirir. Beləliklə, turizm iqtisadiyyatın aparıcı sütunlarından nəinki olmağa davam edir, sözügedən tendesiya daha da güclənir. Ümumi statistik məlumatlar göstərir ki, yerləşdiyimiz Cənubi Qafqaz regionunda turizm potensialı kifayət qədər böyükdür və burda Azərbaycanın payı daha çox ola bilər. Düzdür, turizmin inkişafı dövlət səviyyəsində prioritet sahələrdən birinə çevrilib. 

Amma mövcud potensialdan tam yararlana bilirikmi?

Statistik məlumatlara əsaslansaq ötən il Azərbaycana 2,626,838 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da 2023-cü illə müqayisədə 25.9% artım deməkdir. Ən çox turist Rusiyadan (27.8%), Türkiyədən (16.2%), Hindistandan (9.3%) və İrandan (8.0%) gəlib. Lakin nəzərə alaq ki, Rusiyadan gələnlər arasında orada yaşayan həmvətənlərimiz də var. Bu da rəsmi statistikaya təsirsiz ötüşmür.

2025-ci ilin ilk ayında isə Azərbaycana 172,653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4% artım deməkdir. 2025-ci ilin ilk beş ayı üçün tam statistik məlumatlar hələ açıqlanmayıb. Lakin 2024-cü ildə müşahidə olunan artım tendensiyası və 2025-ci ilin yanvar ayındakı artım nəzərə alındıqda, bu il də turizm sahəsində artımın davam edəcəyi gözlənilir . 

Rəqəmlər qənaətbəxş görünsə də bu Azərbaycanın turizm potensialının ən yaxşı halda 30 faiz realizəsi deməkdir. Bəs turizm sektorunun yüksəlişini təmin etmək üçün nə etməliyik?

Azərbaycan zəngin tarixi, müxtəlif təbii landşaftları və unikal mədəni irsi ilə turizm sahəsində böyük potensiala malik olan ölkələrdən biridir. Coğrafi mövqeyi və iqlim şəraitinin əlverişli olması, Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşməsi vətənimizi turistlər üçün cəlbedici edir. Xüsusilə Vətən Müharibəsində qazanılan Şanlı Zəfər,  suverenliyimizin tam bərpası və azad olunan ərazilərdə yaradılan infrastruktur, mineral bulaqlar, əsrarəngiz təbiət, biomüxtəliflik, tarixi mədəni irs, çoxsaylı abidələr gələcək daha güclü potensialın müşdəçisi təsiri bağışlayır. Bu ərazilərdə yeni turizm marşrutları və infrastrukturun yaradılması böyük perspektivlərdən xəbər verir. Şuşa, Laçın, Kəlbəcər, Hadrut, Ağdam və digər bölgələrin gələcək turizm mərkəzlərinə çevrilməsi gözümüzün önündə baş verir. Turizm potensialının artırılması baxımından işğaldan azad edilmiş ərazilərdə birbaşa Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə görülən işlər təqdirəlayiqdir.

Ancaq mövcud potensial da kifayət qədər tutumludur.

Məsələn: Xəzər dənizi sahillərində yerləşən çimərliklər, Böyük Qafqaz dağlarındakı Şahdağ və Tufandağ kimi qış turizm mərkəzləri ciddi potensial deməkdir. Bundan başqa müalicəvi kurortlar – Naftalan nefti, gələn istifadəyə verilməsi nəzərdə tutulan İstisu sanatoriyası, Qalaaltı kimi yerlər sağlamlıq turizmi üçün ideal məkandır. Ekoturizm və kənd turizmi də son illərdə kifayət qədər aktualdır. Tarixi-Mədəni Turizm sahəsində UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Qobustan qayaüstü rəsmləri, Şəki Xan Sarayı, İçərişəhər kimi abidələr ciddi turizm subyekti sayıla bilər.

Təbii ki, ənənəvi musiqi və rəqslər, milli mətbəx və xalq sənətləri də turistlər üçün xüsusi maraq kəsb edir. Artıq ənənə halını alan Qəbələ Musiqi Festivalı, Bakı Caz Festivalı və bu kimi digər beynəlxalq tədbirlər də mədəni turizmin təşviqi sahəsində effektiv sayıla bilər. Bu sırada vurğulamaq yerinə düşər ki, Formula 1 Qran-Prisi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq idman tədbirləri də turizm potensialının yüksəlməsinə müsbət təsir göstərib.

Ötən il reallaşan COP29 tədbiri isə ölkəniin turizm imicində yeni mərhələ sayııla bilər.

Bütün bunlarla bərabər paytaxt Bakının biznes şəhəri kimi statusu, yaradılan müasir infrastruktur və tarixi memarlığı, dinamik həyat tərzi də turistləri cəlb edir.

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2022–2026-cı illər üçün Strategiya” çərçivəsində infrastrukturun təkmilləşdirilməsi, regionlara sərmayələrin cəlb olunması, viza prosedurlarının sadələşdirilməsi həyata keçirilir. ASAN viza sistemi sayəsində 90-dan çox ölkənin vətəndaşı onlayn şəkildə viza əldə edə bilir. Bu siyahı mütamadi genişləndirilir. Qarşılıqlı vizalar ləğv olunur və s.

Gələcəkdə turizmin qeyri-neft sektorunun əsas prioritet istiqamətlərindən birinə çevrilməsi üçün dövlətin davamlı dəstəyi, cəmiyyətin yaxından iştirakı və innovativ yanaşmalar vacib rol oynayacaq.

Turizmin formalaşması yerli əhalinin yaşam səviyyəsi və həyat tərzinin yüksəlişi  üçün də mühüm əhəmiyyətə malikdir. Yəni, bu həm də sosial məsələdir. Başqa sözlə, turizm sektoru sosial məsələlərin həlli və iqtisadi inkişafın mənbələri ilə qarşılaşdırıcı rol oynayır. Nəticədə müxtəlif xalqların yaxınlaşmasına, mədəniyyət və incəsənətin inkişafına, millətlərin fiziki və mənəvi cəhətdən daha sağlam formalaşmasına gətirir. Turizmin inkişafı eyni zamanda yeni iş yerlərinin yaradılması və ölkənin ödəniş balansının yaxşılaşdırılmasında öz böyük təsirini göstərir.

Ölkə daxilində turist qəbul etməzdən öncə istifadə ediləcək xidmət dairəsini təşkil etmək və infrastruktur şəbəkəsini genişləndirmək olduqca zəruridir. Hesab edirəm ki, bu bizdə ən zəif bənddir. Avtomobil nəqliyyatından tutmuş, istehlakçı xidmətləri, restoran işi, müxtəlif xidmət keyfiyyəti olan mehmanxana və digər xidmətlər bir çox ölkələrlə müqayisədə aşağı səviyyədədir. Digər çatışmazlıq isə piarla bağlıdır. Qardaş Türkiyə turizm məlumatlarının mübadiləsinin inkişaf etdirilməsində böyük təcrübəyə malikdir.
 

Azərbaycanın turizm imkanları, bölgələrimizin bu sahədə potensialı ilə bağlı digər türkdilli ölkələrdə, xüsusilə Türkiyədə ciddi təbliğat və təşviqə ehtiyac var. Bunun üçün hansısa piar platformaları yaradılmalıdır. Müxtəlif stimullaşdırıcı turizm marşurutları təklif edilə bilər və s. Bir sözlə, təqdimat tədbirlərinin həyata keçirilməsi, infrastrukturun artması, turizm sahələrinin müxtəlifliyi və xidmət keyfiyyəti ölkənin cazibədar bir turizm obyekti olmasına gətirib çıxaracaq.

Qarşıdakı 5 ildə Azərbaycanın turizm ölkələri sırasında ən yaxşı yerlərdən birinə sahiblənməsi əsas hədəflərdəndir.  Daha yaxşı turizm sektoruna nail olmaq üçün kadr potensialı gücləndirilməli, ekoturizm, qış və sağlamlıq turizmi daha da inkişaf etdirilməli, bu sahəyə əlavə investisiya cəlb olunmalıdır.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Bu ölkənin paytaxtı DƏYİŞİR

Bu ölkənin paytaxtı DƏYİŞİR

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının anası ilə görüşdü – FOTO

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının anası ilə görüşdü – FOTO

Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO

Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO

End of content

No more pages to load

RADİO