Moskvanı qana bulayan erməni terrorçuları - QANLI 8 YANVAR

Qanlı və bəşəri cinayət sayılan terrorçuluq ermənilərin, erməniliyin mahiyyətindədir.

Hələ XIX əsrin sonları - XXxa0əsrin əvvəllərindən erməni daşnakları, terror təşkilatları - “Armenakan”, “Hnçak” və digərlərixa0Türkiyədə, o cümlədən, Azərbaycanda, dünyanın müxtəlif ölkələrində türklərə, azərbaycanlılara qarşı mütəmadi terrorçuluq fəaliyyəti həyata keçirib, qanlı cinayətlərə imza atıblar.

Onlar bu istiqamətdəki qanlı və cinayətkar əməllərini sonrakı dövrlərdə də mərhələ-mərhələ davam etdiriblər ki,xa0bu yerdə bu faktıxa0mütləq qeyd etmək lazımdır.

Ermənilərin də yaxından iştirakı ilə 1920-ci ilin qara 28 aprel tarixində Azərbaycanın ikinci dəfə Rusiya, sovetlər və bolşeviklər tərəfindən işğalından sonra Cümhuriyyət qurucularından bəziləri erməni terror aktlarının qurbanına çevriliblər.

Belə ki, Cümhuriyyət qurucularından olanxa0Fətəli xan Xoyskixa028 aprel işğalından sonra məcburən Tiflisə köçməli olur, lakin onun oradakı həyatı faciəli sonluqla bitir. 1920-ci ilin 19 iyun tarixindəxa0terrorçu “Daşnaksütyun”un üzvləri, qanlı qatillər Aram Erkanyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilir.

Bununla yanaşı, erməni terrorçularının ötən əsrin sonlarına yaxın bir neçə ölkədəki türk diplomatlara qarşı törətdikləri terror aktları da onların gizlədə bilmədikləri qanlı faktlar sırasındadır.

Konkret olaraq, 1973-cü ildə fəaliyyətə başlamış “Erməni soyqırımı”nın intiqamçıları” adlı terror qrupu 1980-1982-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyadaxa0bir neçə türk diplomatını qətlə yetirir.

1988-ci ilin yanvar ayının sonları-fevral ayının əvvəllərindən başlanan növbəti erməni separatizmi, Qarabağ hadisələri nəticəsindəxa0(ötən 31 il ərzində) ermənilər tərəfindən törədilən terror aktlarının sayına gəlincə, bir deyil, iki deyil, onlarladır...

Ümumiyyətlə, erməni terrorçularının, erməni terror təşkilatlarının bütün dövrlərdə və dövlətlərdə dinc insanlara qarşı törətdikləri qətliamlar haqqında çox yazılıb, çox deyilib.xa0

Maraqlıdır ki, onlar bu əməllərindən hamının qapalı məkan hesab etdiyi keçmiş SSRİxa0ərazisində və dönəmində belə əl çəkməyiblər.xa0Belə qanlı hadisələrdən birini isəxa0gözləri qızmış erməni terrorçuları düz 42 il öncə, 1977-ci ildә Moskva şəhərində, sovetlərin göbəyində törədibilər.xa0

Konkret olaraq, 1977-ci ilin yanvar ayının 8-dә bir-birinin ardınca Moskvanın müxtәlif yerlәrindә quraşdırdıqları bombaları işə salaraq, partlayışlar, qanlı terror aktları törədiblər.

İlk olaraq saat 17:33-dәxa0Moskvaxa0metrosunun “İzmaylov” vә “Pervomaysk” stansiyaları arasında, ardından 18:05-dә Bauman rayonundakı 125 saylı vә 18:10-da Oktyabr inqilabının 25 illiyi adına küçədәki 5 saylı әrzaq dükanında partlayışlar baş verib ki,xa0o zamanlar rәsmi orqanlar yeddi nәfәrin öldüyü, 37 adamın yaralandığı barәdә mәlumat veriblәr.

Düzdür,xa0bir neçə gün sonra cinayәtkarların kimliyi bәlli olsa da, maraqlıdır ki,xa0Moskvanı qana çalxayan üç nәfәr ermәni terrorçusunun -xa0Stepan Zatikyan, Akop Stepanyanxa0vәxa0Zaven Bağdasaryanın һazırladıqları, һәyata keçirdiklәri bu terror aktı barәdә ölkәnin rәsmi qәzetlәri geniş açıqlama verməyiblәr.

Yenə də Moskvadakı, Kremldəki “erməni barmağı” bu məsələnin, qanlı hadisənin ört-basdır edilməsinə nail olub.

Bununla belə, Stepan Zatikyanın Ermәnistanın Birlәşmiş Milli Partiyası adlı tәşkilat yaratması artıq hadisəninxa0sәbәblәrinә müəyyən qәdәr aydınlıq gәtirir. Proqramında Türkiyәnin әrazisi һesabına Ermәnistanın genişlәnmәsi vә SSRİ-dәn çıxmaq kimi müddəlar nәzәrdә tutan tәşkilatın rәһbәri Zatikyan mәһkәmәdәki çıxışında da ürəyindən keçənləri açıq şəkildə dilә gәtirib:xa0

“Başqalarına deyin ki, bizә qalan yalnız qisas, qisas, bir dә qisasdır!”

İki ildәn artıq uzanan qapalı mәһkәmә prosesindәxa0һökm 1979-cu il yanvar ayının 24-dә oxunub.

Stepan Zatikyan, Akop Stepanyan və Zavenxa0Bağdasaryan barәsindә ölüm һökmü çıxarılır.

(oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Tahir Abdullayev UFC turnirində qələbə qazandı

Tahir Abdullayev UFC turnirində qələbə qazandı

Portuqaliya millisindən duyğusal jest – VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bakıdakı UFC turniri START götürdü

Bakıdakı UFC turniri START götürdü

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

End of content

No more pages to load

RADİO